Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
DÖRDÜNCÜ HİSSƏ - İsanın Yerusəlimə gedərkən İordan vadisində xidməti (Matta 19:1 - 20:34)
12. Yerixoda iki kor adamın şəfa tapması əhvalatı (Matta 20:29-34)MATTA 20:29-34 Məsih Qalileya dağlarından dərin İordan vadisinə endi, palma şəhəri Yerixonu keçdi, sonra səhraya çıxıb təpə başında yerləşən Yerusəlimə yönəldi. İsa üçün bu, ölüm yolu idi. İsa bu yolu tutdu, çünki dünyanın xilası üçün özünü qurban etmək vaxtı yaxınlaşmışdı. Sözlərini eşitməyə, möcüzələrini görməyə can atan çox adamlar Onun ardınca gedirdi. İsanı müşayiət edən camaatın səsi iki kor adamın qulağına çatdı. İlahi Həkimin onların yanından keçdiyini öyrənən körlar var gücləri ilə “Ey Davud Oğlu! Bizə rəhm et!” deyə qışqıra-qışqıra İsanı köməyə çağırmağa başladılar. Davud Oğlu, Davuda vəd olunmuş, Allahdan doğulan və əbədi olaraq Davudun taxtında oturaraq hikmət, ədalət və sülh ilə padşahlıq edəcək Nəslinə məxsus məşhur ləqəb idi (2Şam. 7:12-14). Bu iki kor adamın qışqırdığı sözlər siyasi baxımdan İsa üçün ciddi təhlükə yaradırdı. Korlar İsanı fiziki gözləri ilə görə bilməsə də, ürək gözləri ilə görə bildilər və hətta Onu “Rəbb” çağırdılar; Onun ecazkar hüzuru, tam səlahiyyəti və şəfqətli məhəbbətinə iman etdilər; Ona təkcə ürəklərində inanmaqla kifayətlənmədilər, camaat qarşısında açıqca imanlarını iqrar etdilər. Camaat təhlükəli qışqırıqlarını eşitmək istəmədi, onları susdurmağa çalışdı. İzdiham anlamırdı ki, bu iki adam kor ola-ola izdihamda gözləri görən çox adamın görə bilmədiyini görmüşdü – onların arasında olan İsanın Kim olduğunu görmüşdülər. Bu gün də həmçinin çoxları Məsih barəsindəki şəhadəti rədd edir, özlərini saleh sayır və Xilaskara, xilasına onların yox, başqalarının ehtiyacı olduğunu zənn edirlər. İsa korların qışqırdığı sözləri eşidib iman iqrarlarına diqqət yetirdi. Dünyanı xilas etməyə getdiyi yolda dayandı, özündən razı olan camaatı qoyub bu iki adama yaxınlaşdı və “Nə istəyirsiniz, sizin üçün edim?” deyə soruşdu. Bu gün İsa sənə də bu sualı verir. Ondan nə istəyirsən? Məqsədin şöhrət qazanmaq? Pul əldə etmək? Kef çəkmək? Yoxsa sən istəyirsən ki, İsa sənin gözlərini açsın və sən Rəbbini görüb Onun məhəbbət və qüdrətini qəbul edəsən? Hal-hazırda İsa bütün ölkələrdə yaşayan bir çox insanların gözlərini açır. Bəlkə sən də qonşularının gözlərini açmasını Ondan diləməli və başqa imanlılarla birgə şəhadət edərək çoxlarını qüvvətləndirməlisən? Məsih bu kor adamların gözlərinə əllərini qoyub şəfa verdi. Onların fiziki gözləri ilə gördükləri ilk adam O idi. Onlar dərhal İsaya imanlarını iqrar etdilər və Onun ardınca gəldilər. Camaata baxmadan gözlərini İsaya dikdilər, onlara şəfa verdiyi üçün minnətdarlıqlarını bildirərək Onunla qaldılar. Məsih bizə görə çarmıx üzərində öldü və ölümü ilə Allahın günahkarlara olan böyük məhəbbətini göstərdi. O, rüsvay ağacında asılmış vəziyyətdə olarkən, qanının günahkarlar üçün töküldüyünü görürsənmi? Onu düşünəndə nə hiss edirsən? Onu tanımısanmı, sevirsənmi? Ondan sənin və başqalarının gözlərini açmasını dilə! Bəziləri deyirlər ki, guya Matta Məsihin iki kor adama şəfa verdiyini yazıb, Mark Müjdəsindəki əhvalatda isə iki adamdan deyil, Bartimay adlı bir adamdan bəhs olunur. Buna cavabən deyə bilərik ki, Markın yalnız Bartamaydan danışmasının səbəbi, güman ki, Bartamayın məşhur olması idi. Mark Müjdəsində belə yazılıb “İsa şagirdləri ilə birgə böyük izdihamla Yerixodan çıxanda Timay oğlu Bartimay adlı bir kor dilənçi yol kənarında oturmuşdu”. Mark, məhşur bir insanın oğlu olduğu üçün bu kor adamın adını çəkib. Bir kor adamın gözlərini açan, çoxlarının gözlərini də açmağa qadirdir. Bir Müjdəçi Məsihin Bartimayın gözlərini açdığını, digər Müjdəçi isə Bartimayın gözlərini açmadığını desəydi, onda bu, ziddiyyət olardı. İncildə isə heç bir ziddiyyət yoxdur, sadəcə olaraq Müjdəçilərdən biri daha məşhur olan kor adamın adını çəkir, digəri isə iki kor adamdan danışır və heç birinin adını çəkmir. Bu, İsanın həm Bartamayın, həm yanındakının, həm də başqa çoxlarının gözlərini açmasını inkar etmir. DUA: Ey Ata, Sənə minnətdarıq ki, Sən bizi Oğlunun Müjdəsi ilə nurlandırmısan, həyatımızın qaranlığını bizdən götürmüsən. Özümüz və ətrafımızdakı insanlar üçün yalvarırıq, gözlərimizi aç, bizə görməyə qadir olan təmiz ürək ver, qoy biz Sənin məhəbbətini, Oğlunun qüdrətli xilasını görək. Qoy Sənin Ata adını müqəddəs tutaq və Padşahlığının gəlməsini diləyək. Bizdə və bütün yer üzündə Öz iradəni tamamla! SUAL:
Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, Matta Müjdəsi üçüncü hissə üzrə suallar:Möhtərəm oxucu! Əgər sən bu Matta Müjdəsi üzrə şərh kitabını diqqətlə oxumusansa, aşağıdakı suallara asanlıqla cavab verə biləcəksən. Sualların 90%-inə düzgün cavab versən, biz sənə ruhən böyüməyin üçün faydalı olan növbəti hissəsini göndərəcəyik. Cavablarını poçtla göndərəcəksənsə, həm zərfdə, həm də cavablarını yazacağın vərəqdə tam adını, soyadını və poçt ünvanını dəqiq şəkildə yazmağı unutma.
Waters of Life Internet: www.waters-of-life.net |