Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
4. Allahın Padşahlığının daxili nizamı (Matta 18:1-35) -- İsanın sözlərinin dördüncü məcmuəsi
a) Şagirdlərin təkəbbürü, balaca uşaqların həlimliyi (Matta 18:1-14)MATTA 18:10-14 Mələklərin var olduğuna inanırsanmı? Bu nurlu ruhlar müqəddəs Olanın əmrlərini dərhal yerinə yetirən xidmətçiləridir. İsa bizə böyük bir sirr açır: Allah mələklərinə balaca uşaqları qorumağı əmr edir, çünki O, əsil şəfqətli Atadır. Allah hər şeydən əvvəl ruhani övladlarına məhəbbət göstərir, onları qüdrətli mələklərin himayəsində saxlayır. Şübhəsiz, şeytan və ordusu Müqəddəs Ruhdan doğulanları məhv etmək istəyir. Allahın mələkləri Allahın müqəddəs balalarını qorumasa, şeytan onları məhv edəcək. Səmavi Atamız bütün balalarını hifz etmək istəyir ki, onlardan heç biri yolunu azmasın. Kim Allahın qüvvətli iradəsinə qarşı çıxmaq istəyər? Atanın planına, qərarlarına heç kəs mane ola bilməz. Biz Onun istəyi ilə yaranmışıq, xilas olmuşuq, lütf almışıq. Öz Ata planını həyata keçirmək üçün Allah vahid Oğlunu dünyaya göndərdi. Oğlu itmiş quzuları axtarıb, günahdan azad etdi. Allahın məhəbbəti ilə dolu Yaxşı Çoban qədim İsrail sürüsünü qoyub, itmiş bütpərəstləri xilas etmək istədi, onları axtardı. Biz Allahı və Oğlunu birinci axtarmamışıq. O hələ bizdən əvvəl izzətini tərk edib biz günahkarların yanına endi, bizi ehtiras və yalanın əsarətindən azad etdi və Öz çiyinləri üstündə bizi Atasının yanına apardı. Allahın iradəsi belədir ki, seçdiklərindən heç biri həlak olmasın. Onun iradəsinin əzəməti, biz qəzəbinə düçar olmayaq deyə Oğlunu ölümə təslim etməsində zahir oldu. Bütün insanlar korlanıb, hamı həlak olur, yaxşılıq edən yoxdur. Amma kim Xilaskarın onu tapmasına yol versə, Yaxşı Çobanın çağırışına cavab versə, o mütləq xilas olacaq. Bu sözlərlə İsa bizə əziyyət və ölümünün məqsədini bildirdi: O, Allahın itmiş övladlarını xilas etməyə gəldi, biz yaşayaq deyə, öldü. İsa bizə imanlılar cəmiyyətində və dünyada “bu kiçiklərə” xor baxmamağı öyrədir. Əksinə, biz uşaqlardan öyrənməliyik. Məsuliyyətli valideynlər gecə-gündüz övladlarının qayğısına qaldığı kimi, Allah da uşaqların, sadə və məzlum insanların qayğısına qalır. Bəs sən cəmiyyətdə kimə xidmət edirsən: yalnız “əhəmiyyətli şəxslərə”, yoxsa həmçinin kiçik və əhəmiyyətsiz sayılanlara da? Bəzən maraqsız böyük adamlara mürəkkəb təlimləri izah etməkdənsə, “bazar günü məktəbi” açıb uşaqlara İsanın məhəbbətindən danışmaq yaxşıdır. Uşaqların zehinləri açıq, qəlbləri ağ vərəq kimi təmizdir. Bu vərəqdə İsanın adını yazıb xasiyyətinin surətini çəkmək üçün hər fürsətdən istifadə et. Onların gözləri qabağında Məsihin obrasını təsvir et, qoy İsanın həlimliyi, məhəbbəti, paklığı onların ürəklərinə həkk olunsuz. Unutma ki, məsihi imanlının yolu özünü ucaldan təkəbbürlü adamlara qalxmaz, fağırlara aşağı enər. DUA: Ya Rəbb İsa, Sən Allahın Oğlusan. Həmişə hər tərəfdən Atanın iradəsinə tabe olmusan. Biz isə Atanın sürüsündən uzaqlaşırıq, pis adətlərimizdən əl çəkmirik, şər və yalanın tələsinə düşürük. Günahlarımızdan keç və şükürlərimizi qəbul et! Səmavi izzətini qoyub itmişləri axtarmağa endiyinə, bizə yaxınlaşıb günahın əsarətindən azad etdiyinə, bizi büsbütün təmizləyib çiyinlərin üstündə Ata evinə apardığına görə Sənə minnətdarıq. Bizə qürurlanmamağı, əksinə, həlim olub, bu kiçiklərin qayğısına qalmağı və Sənin Müqəddəs Ruhunun qüvvəsiylə fağırlara xidmət etməyi öyrət! SUAL:
|