Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 141 (Peter Sinks Down)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)

d) Peter batmağa başlayır (Matta 14:28-36)


MATTA 14:34-36
34 İsa və şagirdlər gölü keçib Ginesar sahilinə çatdılar. 35 O yerin adamları İsanı tanıdıqları zaman ətrafdakı hər yerə xəbər yaydılar. Bütün xəstələri Onun yanına gətirdilər. 36 Xəstələr heç olmasa İsanın paltarının ətəyinə toxunmaq üçün yalvarırdılar. Ona toxunanların hamısı sağaldı.
(Mat. 9:21; Mark 6:53-56; Luka 6:19)

Allahın Oğlunun səlahiyyəti getdikcə çox zühur edirdi. Onun adı, üzü, mərhəməti bütün ölkədə tanınmışdı. Ginesarın sakinləri inandılar ki, İsa onların paltarlarının ətəyinə belə toxunsa, Allahın qüvvəsi bədənlərinə toxunacaq. İsa onların xahişlərini yerinə yetirirdi – onlar şəfa tapırdılar. Allahın Kəlamını kitab və digər çap materialları vasitəsilə eşidən və Ona iman edən adam əbədi yaşayacaq.

Məsihi tanıyan Onun başqalarına da tanıtmaq üçün əlindən gələni etməlidir. Biz ruhani qidamızı təklikdə qəbul etməməliyik. Məsihin yeməyi çoxdur, hamıya bəs edəcək, biz özümüzə saxlayıb bölüşmürüksə, bundan əlimizdə olan artmayacaq, daha da azalacaq. Müjdəni bölüşməliyik. Biz insanları Məsihə dəvət etsək, nə qədər adamın bu fürsətdən faydalanacağını təsəvvürümüzə belə gətirə bilmirik!

Xəstəliklərimizlə müraciət edəcəyimiz yeganə həkim İsadır. Böyük Həkimimiz ola-ola, biz kimə üz tutacağıq? O, “şüalarında şəfa olan salehlik günəşidir” (Mal. 4:2).

DUA: Ya Rəbb İsa Məsih, yaşayan Allahın Oğlu, Sənə səcdə edirik, çünki Sən təbiət qüvvələrinin Sahibisən. Küləklər və sular Sənə tabe olur. Sənin yaxınlığında xəstəliklər yox olur. Zəif imanımıza görə bizi bağışla və Sənə yaxınlaşmağı öyrət, qoy biz sağa-sola dönməyək və problemlər dənizində batmayaq! Qoy Sənin qüdrətində qalaq! Büdrəyib yıxılsaq, bizi əlimizdən tut! Çünki Səndən başqa Xilaskar yoxdur.

SUAL:

  1. Niyə iman edənlər İsanın paltarının ətəyinə toxunub şəfa tapırdılar?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:52 AM | powered by PmWiki (pmwiki-2.3.3)