Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 119 (Healing of the Withered Hand)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
1. Yəhudi ağsaqqalları Məsihi rədd edir (Matta 11:2 - 12:50)

f) İsa Şənbə günü əli qurumuş adama şəfa verir (Matta 12:9-21)


MATTA 12:9-13
9 İsa oradan ayrılıb onların sinaqoquna girdi. 10 Budur, orada əli qurumuş bir adam var idi. Bəzi adamlar İsanı ittiham etmək məqsədi ilə «Şənbə günü şəfa verməyə icazə varmı?» deyə soruşdular. 11 İsa onlara belə cavab verdi: «Hansınızın bir qoyunu olarsa və qoyun Şənbə günü çuxura düşərsə, onu tutub çıxartmaz? 12 İnsan qoyundan nə qədər dəyərlidir! Beləliklə, Şənbə günü xeyirxah iş görməyə icazə var». 13 Sonra İsa adama dedi: «Əlini uzat!» O, əlini uzatdı və əli əvvəlki halına qayıdıb o biri əli kimi sağlam oldu.
(Mark 3:1-6; 14:3-5; Luka 6:6-11)

Fariseylər Məsihi təqib edirdilər, çünki Məsih məhəbbəti qanun və mərasimlərin zahirən yerinə yetirilməsindən üstün sayırdı. Onlar Məsihin Ruhu üçün ürəklərini açmadılar, Onun ülvi məqsədini anlamaq istəmədilər. Öz məzhəblərinin mərasimlərinə bağlı təəssübkeşlər adətən həqiqəti olduğu kimi qavraya bilmir və təəssüblərində o yerə çatır ki, heyvana insandan yaxşı münasibət bəsləyirlər.

Qanunun müəllifi olan Məsih Öz müdrikliyi ilə fundamentalistləri ifşa etdi, əməli məsəllərlə onların ikiüzlü olduqlarını göstərdi, axı Qanun Şənbə günündə də məhəbbət göstərilməsi və insanın həyatının qorunmasını halal edir. Müqəddəs məhəbbət Şənbədən də, bütün ənənələrdən də üstünsür. Məsih əli qurumuş adama əlini uzatmağı əmr etdi. O da Məsihə inanıb sözünə görə əlini uzatdı. Birdən barmaqlarını tərpədə bildiyini hiss etdi. Əlini qaldırıb Allaha həmd etdi. İndi əli özünə qayıtdı, o yenə işləyib güzəran edə bilirdi. Bu gün Məsih hələ də yoxsullara nemətlər verir. Şəfa tapmış adam da, bu möcüzənin şahidi olan bütün xalq da – hamı Allaha həmd etməyə başladı. Yalnız Qanunu hərfi mənada anlayan dindar qanunpərəstlər bu sevincə qatılmadılar. Onların ikiüzlülüyünü, pis niyyətlərini ifşa etdiyi üçün Məsihə acıqları tutdu. Bu dindarlar öz aralarında danışıb Nazaretli İsanı öldürmək qərarına gəldilər. Çünki Məsih onların dini mövqeyi üçün təhlükə idi və eləcə də onları camaatın gözündə etibardan salırdı. Onlar öz bildikləri kimi Qanuna riayət etməyi qət etdikdə, Qanunun qayəsi olan, Allahın müqəddəs məhəbbətini rədd etdilər.

Fundamentalistlər İsanı nəinki Özünü “Davud Oğlu”, “Allahın Oğlu” və “Rəbb” adlandırdığına görə, həm də Şənbə günlərində xəstələrə şəfa verərək, Qanunun dövrünün sona yetdiyini və yeni əhdlə başlanan həqiqi məhəbbət dövrünün başlandığını elan etdiyinə görə öldürmək qərarına gəldilər.

İndiki zəmanəmizdə insanlar daim “halal və haram” işlər barəsində düşünürlər. Düzgün olan nədir, yanlış olan nədir? Müqəddəs Kitabda hər sualın kifayət qədər açıq cavabı verilməyib. Hər imanlının ayırd etmə ruhuna, məhəbbət və düzgünlük ruhuna ehtiyacı var. Biz Rəbb İsadan Onun izi ilə getmək məqsədilə verdiyimiz sualların cavablarını istəyirik; ailələrimizdə hakim olan düşüncələrin əleyhinə çıxmaq lazım gəlsə belə, məhəbbət yolunda Məsihin iradəsini yerinə yetirmək istəyirik.

Məsih düşmənlərdən qorxmurdu, onların pisliyini, ağılsızlığını ifşa edirdi və eləcə də onları bir az götür-qoy etməyə çağırırdı: onların bir qoyunu Şənbə günündə çuxura düşsəydi, onlardan heç biri qoyunu çuxurda ölməyə buraxmazdı. İnsan isə qoyundan və bütün məxluqlardan qiymətlidir. İnsan ağıllı varlıqdır, Allahı tanımağa, sevməyə, izzətləndirməyə qadirdir, bu səbəbdən insan qoyundan daha çox qiymətlidir. Elə buna görə qoyun qurbanı insanın günahları üçün kəffarə ola bilməz.

DUA: Ey Səmavi Ata, Səni ucaldırıq, çünki Sən bizi məhəbbətlə xidmət edək deyə, pis olandan azad etmisən. Məsih Öz nümunəsi ilə Sənə necə qulluq etməli olduğumuzu öyrədib. Hər vəziyyətdə Sənin iradəni bilməkdə, düzgün və yanlış olanı ayırd etməkdə və Sənin sevimli Oğlunun izi ilə getməkdə bizə kömək ol!

SUAL:

  1. Niyə dindarlar Məsihi öldürmək qərarına gəldilər?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:48 AM | powered by PmWiki (pmwiki-2.3.3)