Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
C - On İki şagird Müjdəni vəz etməyə göndərilir (Matta 9:35 - 11:1)
3. Səmavi Padşahlığın yayılma yolları (Matta 10:5 - 11:1) -- İsanın sözlərinin ikinci məcmuəsi
c) Sıxıntılarda təşviq (Matta 10:26-33)MATTA 10:29-31 Səmavi Atamız hər şeyə qadir Allahdır. O hər bir sərçəni belə tanıyır və qayğısında qalır. Heç bir sərçə Ondan xəbərsiz yerə düşməz. Başımızdakı saçlar belə tam dəqiq sayılıb. Sən özün başındakı tüklərin sayını bilmirsən, Səmavi Atan isə bilir. Saçını o yaratdı. Ölməyimiz təsadüfi deyil, çəkdiyimiz əziyyət də əbəs deyil, həyatımızda hər şey sevən Atamızın iradəsi ilə baş verir. O səni tanıyır və görür, yola gətirir və hər tərəfdən əhatə edir. Sənin Atana olan imanın insanlardan qorxmağına mane olur. Atanın izni olmasa, onlar sənə heç nə edə bilməzlər. Sənin Atan hamıdan böyükdür. Atana bax, düşmənlərinə isə baxma, o zaman düşmənlərinin arxasında belə Atanın xeyirxah simasını ayırd edə biləcəksən. Başımızdakı tüklərin sayını da bilən Allah başımızdan xəbərsiz ola bilərmi?! O bizim həyatımız, rahatlığımız, canlarımız üçün qayğı çəkir. Aramızda öz pulunun, mallarının, mal-qarasının hesabını tutanlar var, amma öz başındakı tüklərin hesabını tutmaq heç kimin ağlına gəlməz. Allah isə Öz xalqının tüklərinin sayını bilir: “Amma başınızdan bir tük belə, əskik olmayacaq” (Luka 21:18). Buna görə, Allahın izni olmadan, heç kimin başındakı bir tükə belə zərər verməyə gücü çatmayacaq. Müqəddəslər Allahın nəzərində çox qiymətlidirlər, çünki səni ən çox qiymətləndirən, Məsihdə seçən və sənin üşün ən yaxşısını istəyən Səmavi Atandır. DUA: Ey Səmavi Ata, Sənə hər şeyə qadir, hər şeyi bilən olduğuna görə şükür edirik. Keçmişimizə, indiki həyatımıza, gələcəyimizə agahsan. Biz taledən, qədərdən qorxmayacağıq, amma Sənə şükür edəcəyik, çünki Sən bizim qayğımıza qalan və başımızdakı tüklərin sayını bilən Atamızsan. İmanımızı qüvvətləndir və qoy biz hər zaman söz, əməl və düşüncə ilə Sənə xidmət edək! Dost-tanışımıza, qohum-əqrəbamıza bu ruhani dərrakəni ver ki, onlar da Səni hər şeyə qadir, sevən Ataları kimi tanısınlar! SUAL:
|