Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 087 (Jesus Calms the Storm)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
B - Məsihin Kefernahum və ətraf bölgələrdə göstərdiyi möcüzələr (Matta 8:1 - 9:35)

5. Məsih fırtınanı sakitləşdirir (Matta 8:23-27)


MATTA 8:23-27
23 İsa qayığa mindiyi zaman şagirdləri də Onun ardınca getdi. 24 Göldə elə böyük tufan qopdu ki, qayıq dalğalarla örtüldü. Amma İsa yatırdı. 25 Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ya Rəbb, bizi xilas et, biz həlak oluruq!» 26 İsa onlara «Ey imanı az olanlar, niyə qorxursunuz?» dedi. Sonra durub küləklərə və gölə qadağan etdi, onda dərin sükut çökdü. 27 Onlar heyrət içində qalıb dedilər: «Bu necə bir Adamdır ki, küləklər də, göl də Ona itaət edir?»
(Mark 4:35-41; Luka 8:22-25; Həv. 27:22-34)

Məsih bu tufanın qarşısını alıb, şügirdlərini rahat səyahətlə təmin edə bilərdi, lakin onları tufandan xilas etmək Ona daha çox izzət verdi və şagirdlərinin imanını qüvvətləndirdi. Bəziləri elə bilirlər ki, İsa onlarla birlikdə olsa, onları mütləq yaxşı hava şəraiti ilə təmin edəcək. Lakin bu əhvalatda bunun tam əksini görürük – Məsih onlara göstərmək istədi ki, Onunla birlikdə bu dünyanın dənizini keçmək və o biri tayına çatmaq istəyən adam yolda tufanlarla, fırtınalarla üzləşməyə hazır olmalıdır.

Məsih Öz şagirdlərinə rahatlıq və maddi bolluq vəd etmir, lakin tufan və fırtınalarda onları təhlükədən qurtarır, çünki şeytan hiylə və yalanı ilə Məsihin müdafiəsini dağıdıb ardıcıllarına qəflətən hücum etməyə çalışır. Məsihin Cəmiyyəti nə qədər ki yer üzündədir, hücumlar, əziyyətlər, bölünmələr ilə üzləşməsi labüddür.

Məsih təhlükə zamanında qayığın içində rahat-rahat uyuyurdu, çünki vicdanı rahat idi. Məsih, bir vaxtlar gəmidə yuxuya gedən Yunus kimi biganəlikdən yuxuya getməmişdi. Onun yuxusu Allaha tam inamından qaynaqlanırdı. İsa bizim kimi olduğunu göstərmək üçün yuxuya getmişdi, çünki O bizdən fərqli deyil idi, bizim kimi insan idi, bircə fərq o idi ki, İsanın günahı olmayıb. İsa çox zəhmət çəkdiyindən yuxusu gəlmişdi. Günahsız olduğuna görə yuxusu tamamilə rahat idi. Məsihlə birlikdə İmanlılar Cəmiyyətinin “gəmi”sinə minən hər kəs sadiq və qadir Xilaskarın onunla birlikdə olduğunu bildiyinə görə, təhlükələrə baxmayaraq “həyat dənizi”ni rahat keçir. Məsihin gəmisinə min və qorxma! Məsih Özü sənin həyatını istiqamətləndirəcək, təki sən idarə etməni Ona burax, O səni əbədi sülh və əmin-amanlığın sakit limanına aparacaq.

Məsihlə şəriklik səni batırıb məhv etməyə çalışan qəfil tufan və ya təhlükələrdən qorumaz. Bunlar adi sınaqlardır və bizi öyrətməlidir ki, İmanlılar Cəmiyyəti gəmisi heç bir insandan asılı deyildir və Rəbb İsa Məsihdən başqa heç kəs onu qoruya bilməz.

Balıqçılar tufan zamanı qayıqdan suyu çıxartmağa çalışır, lakin dağlalar qayığa çarpır, daha çox su ilə doldururdu. Şagirdlər yaman qorxuya düşdülər, iş o yerə çatdı ki, onlar bata bilərdi. O zaman İsanı oyadıb “Ya Rəbb, bizi qurtar!” – deyə haray saldılar. “Nə vəziyyətdə olduğumuzu görmürsən? Biz burada məhv olmuşuq, sən necə yata bilirsən?”

Məsih yuxudan oyandı və bu təhlükəli vəziyyəti gördü. O onları o saat xilas etməyə tələsmədi, onları tufan içində məzəmmətlədi, çünki əsil təhlükə nəhəng dalğalarda deyil, onların iman qıtlığında idi. Məsih Öz ardıcıllarından ömür boyu hər an cəsarətli olmalarını, Səmavi Atanın qayğısına və müdafiəsinə güvənmələrini tələb edir, çünki qorxu Allahın məhəbbətinə əsla uyğun gəlməz. Məsih tufana, küləyə, dalğalara qadağan etdi və o saat sükut çökdü. Bu möcüzəni görən hər kəs Məsihin təbiət qüvvələri üzərində hökmran olduğunu görüb qorxuya düşdü. Məsihin hökmran olduğu yerdə adamın ürəyinə səmavi sükut çökür. Bəs sən nə vaxt İsanın qüdrətinə, bütün təbiət və ruhlar, bütün xalqlar və fəlakətlər üzərində hökmran olduğuna inanarsan və Ona səcdə qılarsan? Özünü Ona həsr et və sıxıntılarda rahat yaşayarsan, ölüm təhlükəsində belə qorunarsan.

DUA: Ya Rəbb İsa Məsih, Sən Qadirsən. Təhlükə zamanında iman qıtlığımızı bağışla! Sənə olan məhəbbətimizi gücləndir və qoy bu məhəbbətimiz Sənə tam güvənməyimizdə təzahür etsin! Bizimlə ol, qoy biz sıxıntıya düşəndə məyus olmayaq! Gözlərimizi aç, Səni görək, bütün səlahiyyətlər, təbiət qüvvələri və təbii fəlakətlər üzərində zəfər çaldığını və Öz cəmiyyətini həmişə sevdiyini anlayaq!

SUAL:

  1. İsa şagirdlərini təhlükə zamanında nəyə görə məzəmmətlədi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:41 AM | powered by PmWiki (pmwiki-2.3.3)