Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
a) Nə bəxtiyardır (Matta 5:1-12)MATTA 5:10 Sevinc zənginin yeddinci çalınması bir az kədərli not ilə səslənir, çünki o, Allahın məhəbbətinə görə əziyyət çəkən sülhyaradan xidmətçilərinə aiddir. Onlar Allahla barışıq Müjdəsini yaydıqlarına görə insanların istehzalarına məruz qalırlar, həmişə başqalarının pis işlərini bağışladıqlarına görə təhqir olunurlar. Məgər sən elə bilirsən ki, insanlar sənin vəzini Məsihin və şagirdlərinin vəzindən daha yaxşı qəbul edərlər?... Ancaq sən şəhadətinə görə əziyyət çəkirsənsə, bəxtiyarsan. Allahın salehliyi yolunda, günahkarların saleh sayılması uğrunda əziyyət çəkirsənsə, Məsihlə sıx ünsiyyətdə olursan. Dünyanın Xilaskarı Özü sənin yanındadır, O səni qüvvətləndirəcək, sənə təsəlli verəcək, səni göz bəbəyi kimi qoruyacaq. Nifrət dolu insanlardan şikayət etmə, ancaq sevin ki, Rəbb Onun salehliyi uğrunda itirdiyin hər şeydən daha böyükdür. O sənin üçün əbədi ruhani Padşahlıq hazırlayıb ki, sən əbədi olaraq Onun hüzurunda qalasan! SUAL:
|