Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 046 (The Beatitudes)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi

a) Nə bəxtiyardır (Matta 5:1-12)


MATTA 5:8
8 Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcək.
(Zəb. 24:3,5; 51:10-11; 1Yəh. 3:2-3)

Sənin ürəyin təmizdirmi? Sən gecə-gündüz nə barədə düşünürsən? Məsih sənin ürəyini, şüurunu təmizləmək istəyir, şəhvət və tamahın sənə hökmran olmaması, əksinə, Allahın övladı kimi azad olmağın üçün Öz Ruhunun paklığı ilə səni doldurmaq istəyir. Sən özün pak həyat süməyə qadir olmadığını etiraf etməlisən, o zaman Allahın Ruhu sənin pis arzularına qalib gələ bilər, dilini düzəldə bilər, bütün fikirlərini yönəldib, şüurunu təmizləyə bilər.

Əsil inancın əsası ürək təmizliyidir. Daxildən təmizlənən insan təmiz və mömin həyat sürər. Əsil məsihiliyin əsası ürəkdə olan ürək paklığıdır, ürəyin şərdən təmizlənməsidir. Allaha təkcə pak əllərimizi qaldırmaqla kifayətlənməməliyik, Ona pak qəlblə yaxınlaşmalıyıq (Zəb. 24:4-5).

İsa öyrədir ki, “ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar” (Mat. 15:19). Ürəyimizdən murdarlıq qaynaqlanırsa, deməli, Məsihin xilası və Müqəddəs Ruhun ənamı vasitəsilə əldə edilən yeni ürəyə, təmizlənmiş vicdana ehtiyacımız vardır.

Allah bizə öz səyimizlə salehliyə çatdığımız təqdirdə izzətini görəcəyimizi vəd etməyib, lakin bizi hər cür günahdan təmizləyən Məsihin qanı (1Yəh. 1:7) və bizə cismani ehtiraslarımıza qalib gəlməkdə kömək olan qüdrətli Ruhu sayəsində izzətini görəcəyimizi vəd edir. Allah yalnız “ürəyi təmiz” olanlara Onu görəcəklərini vəd etdi. Ürəyi təmiz olanlardan başqa heç kəs Allahı əsla görə bilməz. Murdar olanlar Onu görməkdən zövq almazlar, axı günaha batmış adam müqəddəs Allahı görməkdən necə ləzzət ala bilər? Allah belə adamın günahına, haqsızlığına baxmağa dözə bilmədiyi kimi, o adam da Allahın müqəddəsliyinə baxmağa dözə bilməz. Murdar bir şey Səmavi Yerusəlimə daxil ola bilməz. Yalnız həqiqətən təqdis olunan, Allahı görmək arzusu ilə nəfəs alan “ürəyi təmiz” insanlar oraya daxil olacaqlar. İlahi lütf belə insanların arzusunu ürəyində qoymaz.

Sən Allahın Ruhunun sənin günahlarına qarşı apardığı mübarizədə iştirak edirsənmi? İsanın adı ilə qələbə çalan adam, Allahı şəfqətli Ata kimi görəcək və əbədi olaraq Onunla yaşayacaqdır. Sən Allahın izzətini görməyə can atırsanmı, yoxsa murdar və boş köhnə həyatına qayıtmaq istəyirsən? Şəfqətli Rəbbinə gəl, qoy O səni tam kamil şəkildə təmizləsin, çünki Məsihin qanı bizi hər günahdan təmizləyir.

SUAL:

  1. Təmizlənməyə necə nail ola bilərsən?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:34 AM | powered by PmWiki (pmwiki-2.3.3)