Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 026 (Herod’s Attempt to Kill Jesus)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
A - İsanın doğulması və uşaqlığı (Matta 1:1 - 2:23)

4. Hirodun İsanı öldürmək cəhdi (Matta 2:12-23)


MATTA 2:19-21
19 Hirod öləndən sonra Rəbbin bir mələyi Misirdə Yusifə röyada görünüb 20 dedi: «Qalx, Körpə ilə anasını götür, İsrail ölkəsinə qayıt. Çünki Körpənin canını almaq istəyənlər öldü». 21 Yusif qalxdı, Körpə ilə anasını götürüb İsrail ölkəsinə qayıtdı.
(Luka 2:39; Yəh. 1:46)

Allah İsanın Misirdə illərlə yaşamasını, Misir mədəniyyəti içində böyüməsini istəmədi. O Yusifə röyada üçüncü dəfə xitab edərək öz vətəninə geri qayıtmağını, Yəhudeyadakı Bet-Lexemə deyil, şimali İsrail torpağına getməyi əmr etdi. Orada İsa kiçikliyindən ibrani və arami dillərini və Əhdi-Ətiqi öyrənərək inkişaf edə bilirdi.

Biz harasa köçürüksə, həmişə yolumuzu və önümüzdən gedən Rəbbi aydın görməliyik və Rəbbin əmri olmasa, sağa-sola dönməməliyik.

Allahın güclü əli, müqəddəs Körpəni məhv etməyə cəhd edən Hirodu aradan götürüb. Bütün çobanlar, padşahlar, peyğəmbərlər ölürlər, yalnız Allah və Oğlu İsa əbədi olaraq yaşayırlar. Pis hakimlər ölürlər və Məsihin bütün dünyadakı ardıcıllarından ibarət olan ruhani Bədənini məhv edə bilmirlər. Sən də yaşayan Rəbb İsanın adı uğrunda əziyyətə, yaxud çətin vəziyyətə düşsən, arxayın ol!

MATTA 2:22-23
22 Amma Arxelanın öz atası Hirodun yerinə Yəhudeya padşahı olduğunu eşidəndə oraya getməyə qorxdu. Röyada xəbərdarlıq alaraq Qalileya bölgəsinə getdi. 23 Gəlib Nazaret deyilən şəhərdə məskən saldı. Bu, peyğəmbərlər vasitəsilə söylənən «Ona Nazaretli deyiləcək» sözü yerinə yetsin deyə baş verdi.

Böyük Hirod b.e.ə. 4-cü ildə şiddətli əzablarla öləndə, üç oğlunun hərəsinə ölkəsinin bir hissəsini vəsiyyət etmişdi: Arxela Yerusəlimi və ətrafını; Antipa Qalileyanı və İordanın o biri tayının cənub hissəsini; Filip isə Qolan bölgəsini, Xermon dağını və İordanın o biri tayının şimal hissəsini irs alıb. Atasının Yerusəlimdəki xələfi olan Arxela atası kimi zalım idi. Günlərin birində o öz ordusuna Yerusəlimin küçələrində gəzən üç min ziyarətçini qətlə yetirmək əmrini verdi. Vəhşiliyi və qəddarlığı o yerə çatmışdı ki, qeysər Avqust b.e. 3-cü ildə Arxelanı hakimiyyətdən azad edib Fransaya sürgün etdi. Onun bölgəsini isə Roma valisi Ponti Pilatın əlinə təslim etdi; bu Pilat, İsanı çarmıxa çəkilməyə məhkum edəcək adam idi. Beləliklə, bundan sonra Əhdi-Cədiddə Hirod barəsində oxuyanda, onun Qalileya və cənubi İordanın padşahı olan Antipa olduğunu anlamalıyıq.

Yusif Arxilanın Yerusəlimdəki qəddar hakimiyyəti barədə eşitdikdə, şübhəsiz, qorxdu və özünə sual verdi ki, məgər Allahın vətənə qayıtmaq əmri səhv idi? Amma o imanla yaşayan adam idi və bu vəziyyətdə yenə dua etdi. O zaman Allah dördüncü dəfə ona röyada danışdı və Qalileyaya getməyi buyurdu. Yusif Məryəmin doğma şəhəri olan və əvvəllər bir müddət yaşadıqları Nazareti seçərək orada məskən saldı. Tövratda heç adı çəkilməyən kiçik bir şəhər olan Nazaret İsanın dünyəvi vətəni olmuşdur.

Bu şəhərin adı Mattanın qulağında başqa bir ibrani sözə oxşar səslənirdi, o sözün mənası «şaxəli budaq» idi. Həmin budaq Yesseyin kötüyündən çıxacaq idi (Yeş. 11:1-2). Bu peyğəmbərlik, şaxəli budaq olan İsada Müqəddəs Ruhun dolğunluğuna şəhadət edir.

Nazaret şəhərinin ən mühüm mənası, İsanın çarmıxına mıxlanan lövhədə Pilatın yazdığı dörd sözü ilə ifadə olunub: «Yəhudilərin Padşahı Nazaretli İsa» (Yəh. 19:19).

DUA: Sənə səcdə qılırıq, ey rəhmli Səmavi Ata, çünki Sən dörd dəfə Yusifə röyada doğru yolu göstərdin və dərhal imanla itaət etməsi üçün Ona güc verdin. Sən Öz Oğlunu uşaqlıq illərində tam kamil qorudun. Bizi də qoru və tam imanla itaət etməyi bəxş et ki, biz Sənin Müqəddəs Ruhunun səsinə sevinclə cavab verək!

SUAL:

  1. Yusifə nə cür dörd vəhy verildi və bu vəhylər İncilin harasındadır?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:25 AM | powered by PmWiki (pmwiki-2.3.3)