Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 004 (Genealogy of Jesus)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
A - İsanın doğulması və uşaqlığı (Matta 1:1 - 2:23)

1. İsanın nəsil şəcərəsi (Matta 1:1-17)


MATTA 1:1
1 … Davudun Oğlu... olan İsa Məsihin …

Davudun kim olduğunu hər yəhudi bilir. Çünki yəhudilər Davudun məzmurlarını (Zəbur) əzbərləyib dini bayramlarında xüsusi tərzdə oxuyurlar. Zəbur kitabında Allahın məhəbbətini, qayğısını həmd və şükür dolu sözlərlə tərənnüm edən məzmurlar olduğu kimi, şöhrət qazanmış padşahın günahlarını etiraf etdiyi tövbə məzmurları və düşmənlərindən xilas etməsi üçün Rəbbə yalvardığı məzmurlar da vardır.

Davud kim idi? Davud hələ çox gənc yaşda bir çoban ikən Rəbb onu seçib qədim xalqının padşahı olaraq təyin etdi. Davud hələ o illərdə ehtiyatla, cürətlə, inamla sürüsünün qayğısına qalmağı öyrəndi. Ayılarla, şirlərlə vuruşdu. Ovçuluğu və musiqi alətlərdə çalmağı öyrəndi. Gənc yaşında Allahın qüdrəti və köməyi ilə azman Qolyatı məğlub etdi. Padşah Şaul Davuda şöhrət gətirən qəhrəmanlığına görə paxıllıq etdi.

Davud filiştlilərin yanına qaçıb Şaul intihar edənə qədər onların himayəsində qalmağa məcbur oldu. Bundan sonra Davud Xevronda padşahlıq qurdu və yeddi il orada hökm sürdü. B.e.ə. 1004-cü ildə vəziyyət yaxşılaşanda Davud Yerusəlimi fəth etdi və onu öz xalqı üçün paytaxt elədi. Padşahlığının bu yeni mərkəzinə əhd sandığını da gətirən Davud Yerusəlimi yəhudi sivilizasiyasının mərkəzi elədi. Habelə qanlı müharibələr apararaq, yavaş-yavaş bütün düşmən qonşularını məğlub etdi.

Davud var-dövlət və şöhrət əldə etdikdən sonra öz şəhvətinə təslim olub zina etdi və yoxsul adamı öldürtdürüb "bircə quzusunu" əlindən aldı. Lakin Allahın hökmünü eşidən kimi tövbə ilə cavab verdi. Allah Davudun səmimi tövbəsini qəbul etdi, günahını açıqca etiraf edən padşahı bağışladı. Günah nəticəsində dünyaya gələn körpə öldü, çünki günah və bərəkət bir damın altında qala bilməz. Ondan sonra Davud öz günahlarına görə çox əziyyət çəkdi, onun uşaqları da günah edib ona qarşı qalxdılar, hətta Davud qocalığında bir oğlundan qaçaraq canını xilas etməyə məcbur oldu. İordanın o biri tayına qaçan Davud yalnız üsyankar oğlu Avşalomun ölümündən sonra geri qayıtdı.

O qorxulu illərdə Davud çox dua etdi və Allaha yaxınlaşdı. Məhz o illərdə o Müqəddəs Ruhdan ilham alaraq gözəl həmd ilahiləri və ağla sığmayan peyğəmbərliklər yazdı. Davud bir çox məzmurlarında gələcək Məsihdən xəbər verir. Lakin Davuda ən çox təsir edən peyğəmbərlik Müqəddəs Ruhun onun ürəyində yazdığı vəd idi ki, onun gələcək nəslində elə bir övlad doğulacaq ki, Allah Özü onun Atası olacaq (2Şam. 17:12-15; 1 Pah. 17:11-14). Bu heyranedici vəd, Məsihin Davudun Olğu olacağına dair etiqadın əsasını qoyur.

Müjdəçi Matta öz Müjdəsinin ilk cümləsində İsanı nəinki Məsih adlandırdı, hətta Davudun nəslindən olduğunu qeyd etdi, çünki İsa doğulanda vəd olunan əzəli Padşah olacağı artıq müəyyən olunmuşdu.

DUA: Ey müqəddəs Allah, Sənin yolların gözlərimizin önündə müəmmalıdır. Lakin vədlərindən hər biri mütləq yerinə yetiriləcək! Sən bizi xüsusi bir üstünlüyümüzə görə deyil, böyük mərhəmətin ilə seçmisən. Təqsirlərimizə görə bizi rədd etməmisən, lakin biz ürəkdən tövbə edəndə bizi təmizləmisən. Bizə kömək et ki, biz qürurumuzu sındıraq, günahlarımıza görə tövbə edək, hər şəri rədd edək və Sənin pak Ruhunun qüvvəsi ilə əqlən müqəddəs olaq!

SUAL:

  1. Niyə İsa "Davudun Oğlu" adlandırılıb?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:21 AM | powered by PmWiki (pmwiki-2.3.3)