Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Romans - 063 (The Sanctification of your Life)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek? -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish? -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 3 - Allahın salehliyi Məsihin ardıcıllarının həyatında zahir olur (Romalılar 12:1 - 15:13)

1. Özümüzü bütünlüklə Allaha həsr edərək müqəddəs həyat sürək (Romalılar 12:1-2)


ROMALILAR 12:1
1 Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir.

Qədim əhd dövründə yəhudilər məbəddə müxtəlif qurbanlar verərək Allahın xeyirxahlığına şükür edərdilər. Bildikləri hər bir günah üçün heyvan qurbanı verərdilər, heyvanın ölümü Allahın ədalətli cəzasını əvəz edərdi. Qüdsdəki məbəd dağılandan sonra Paul Allahın qədim xalqından Romada yaşayan və Məsihə iman edənlərə nəsihət verib ki, artıq öz-özlərinə yox, Rəbbimiz İsa Məsihin Atasına məxsus olduqlarına görə, heyvan qurbanı əvəzində öz bədənlərini təqdim etsinlər, bütün varlığı ilə özlərini Ata Allaha həsr etsinlər!

İndi hər bir məsihi qarşısında belə kritik sual durur: “Sən hələ öz-özünə məxsussan, yoxsa Məsihin xilasına görə şükür edərək özünü Allaha həsr etmisənmi?”

Özünü Allaha qurban olaraq təqdim edən məsihi özünü öldürməli deyildir, ancaq tənbəllikdən əl çəkib ruhu və bədəni ilə, bütün pulu və mülkü ilə Allaha xidmət etməyə başlamalıdır. Özünü qurban olaraq təqdim edən imanlı eləcə də cisminin bütün sınaqlarına, günaha qarşı ruhani mübarizə (“cihad”) aparmalıdır. Ruh cismani təbiətə zidd olduğu kimi, cismani təbiət də Ruha ziddir (Qal. 5:17). Paul bu ayəni şərh edərək, özü haqqında belə dedi: “Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır” (Qal. 2:20).

Tam şəkildə əbədi olaraq Məsihə bağlanan Həvari Paul özünü ölmüş hesab etsə də, Müqəddəs Ruhdan bəxş edilmiş Məsihin həyatı ilə yaşayıb. Həyatını Allaha və Oğluna qurban olaraq təqdim etmək barədəki sözlərini də bu mənada başa düşmək lazımdır. Onda sən saleh olacaqsan, Allah səni İsanın qanı ilə təmizləyəcək, Onun Ruhu sənin bədənində məskən salacaq və sən diri, müqəddəs və Allahı razı salan bir qurban olacaqsan! Bu iki ənam: Məsihin qanı və Ruhu – sənə verilən əbədi həyatdır! Səmavi Atanın hədsiz mərhəmətinə cavabən özünü Ona təqdim et və qoy O hər gün səni təzədən müqəddəs qüvvəsi ilə doldursun!

Həvari Paul məsihinin özünü bütünlüklə Ona həsr etməsini “ağılla etdiyiniz ibadət” (Rom. 12:1) adlandırır. Sözsüz ki, biz Allaha ibadət edərək sevincli ilahi nəğmələr oxuyuruq, ancaq duanın, vəsatətçiliyin də böyük qüvvəsi var. Rəbb səndən özünü tam şəkildə əbədi olaraq Ona təslim etməyə qərar verməyini gözləyir! Məsihi inancı baxımından əsil “islam” budur! Rəbbə təslim olmaq qərarı yalnız bir dəfə verilir və ondan sonra sən yeni əhd bağlayıb əbədi həyata nail olursan!

DUA: Ey Səmavi Ata, Sənə səcdə qılırıq və Məsihin kəffarə qurbanı sayəsində bizim rəhmli Atamız olduğuna çox sevinirik! Bizə kömək et ki, biz artıq eqoist və xəsis olmayaq, amma özümüzü, vaxtımızı, gücümüzü Sənin Oğluna təqdim edək, günah və murdarlığı isə rədd edək! Bizi məhəbbətinlə doldur və qoy biz həqiqətən Sənin bol lütfündə yaşayaq!

SUAL:

  1. Sən özünü həmişəlik Xilaskar İsaya təslim etmisənmi, yoxsa hələ də eqoist kimi özün üçün yaşayırsan?

www.Waters-of-Life.net

Page last modified on June 26, 2013, at 09:38 AM | powered by PmWiki (pmwiki-2.3.3)