Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Romans - 043 (In Christ, Man is Delivered)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
D - Allahın qüvvəsi bizi günahın hakimiyyətindən azad edir (Romalılar 6:1 - 8:27)

6. Məsihdə olan adam günahdan, ölümdən, mühakimədən azad olmuşdur (Romalılar 8:1-11)


ROMALILAR 8:9-11
9 Lakin Allahın Ruhu sizdə yaşayırsa, siz cismani təbiətdə deyil, Ruhdasınız. Kimdə Məsihin Ruhu yoxdursa, o adam Məsihə məxsus deyil. 10 Əgər Məsih sizdədirsə, bədəniniz günah səbəbindən ölü, ruhunuzsa salehlik səbəbindən diridir. 11 Əgər İsanı ölülər arasından Dirildənin Ruhu sizdə yaşayırsa, Məsihi ölülər arasından Dirildən, sizdə yaşayan Ruhu ilə sizin də fani bədənlərinizə həyat verəcək.

Paul Romada və hər yerdə olan imanlılara şəhadət edirdi ki, Müqəddəs Ruh onların bədənindəki tənbəllik və pozğunluq üzərində qələbə çalmışdır. Çünki onların həyatı Müqəddəs Ruhun qüvvəsi əsasında qurulub. Onları yaradan, yenidən doğulmalarına səbəb olan, böyüdən, qoruyan, möhkəmləndirən, Allahın məhəbbəti ilə dolduran, cürbəcür xidmətlərə təyin edən və xidmətdə qüvvətləndirən Odur! İmanlının sirri budur ki, Müqəddəs Ruh onda məskən salmışdır!

Lakin Allahın Ruhunun məskən salmadığı adam məsihi deyildir. Hətta əgər atası və ya anası məsihi olsa da, o özü məsihi deyildir, çünki “məsihi” sözünün mənası “Allahın Ruhu ilə məsh olunmuş”dur. Məsihin Özü Atasının Ruhunun dolğunluğu ilə məsh olunduğu kimi, Ona iman edən də belədir. Sənin adın, nəslin, vəftizin, imanlılar cəmiyyətində fəal iştirakın – bütün bunlara görə sən məsihi ola bilməzsən. Yalnız daxilində olan Rəbbin qüvvəsi səni Məsihin həqiqi övladına, bədəninin üzvünə, məbədindəki diri daşlardan birinə çevirə bilər! Bu həyat ənamını əldə etməmiş, Allahın məhəbbəti ilə dolmamış adamın Məsihlə əlaqəsi yoxdur! Belə adam Məsihdən uzaqdır. Yalnız Müqəddəs Ruhdan doğulmuş adam Məsihə yaxındır, Ona məxsusdur, Hökmranlığında yaşayır! Sən də ilıq olma, Məsihə tamamilə bağlan, çünki Ona əbədi olaraq sidq ürəklə bağlanmayan adamın Onun yanında yeri olmayacaq. Məsih sənin bütün varlığına sahib olmaq, bütövlüyü ilə səndə yaşamaq istəyir. Sən Ondan uzaqlaşma və geri çəkilmə, çünki imanda geri çəkilən adamın imanı yoxdur!

Əziz qardaşım, Rəbbinə səcdə qıl! Sən Məsihin məhəbbət məshini aldınsa, Məsih səndə yaşayır! Ruha görə yaşayan hər kəs bu həqiqətə şəhadət edir, çünki Ruh Özü onları zehinlərində yaşadığına inandırır!

Ancaq çox ehtiyatlı ol, Məsih ilə günahın sənin bədənində birgə yaşadığını zənn etmə! Bir adama nifrət etmək və eyni zamanda Məsihi sevmək qeyri-mümkündür. Murdarlığa uymaq və eyni zamanda Müqəddəs Ruhla dolu olduğunu söyləmək olmaz, çünki O, qısqanc olan və sənin günahını amansızcasına məhv edən Ruhdur! Sən işlətdiyin günahların hamısını etiraf edənə, günahlarına görə göz yaşı tökənə, onlardan iyrənənə, qəlbini sındırana, ləkələnmiş canını sənin Yaradanın olan Məsihə təslim edənə kimi vicdanın rahatlıq tapmaz! Allahın Ruhu sənin günahlarına qarşı mübarizə aparır və səni büsbütün təqdis edir. İsa səni murdarlığa deyil, müqəddəsliyə çağırmışdır!

Sən Məsihə və Onun vədinə iman etmisənsə, Onun qanı səni hər haqsızlıqdan təmizləyir. Məsihin qüvvəsi sənin zəifliyinə qalib gəlir, iradənə üstün gəlir, qürurun sınır və sən yalnız Allah üçün yaşayırsan. Bədənin günahların səbəbilə ölür, lakin sənə göylərdən bəxş edilmiş ruhun əbədi yaşayır! Başqalarında tayı-bərabəri olmayan ümidimiz vardır, çünki biz daxilimizdə Allahın həyatını daşıyırıq və bu həyat, Rəbbimizin gəlişində zühur edəcəyi gözlənilən izzət üçün qoyulmuş girovdur!

Məsihin ölümdən dirilməsində işləyən qüdrət hər canlı imanlıdan axaraq fəal olur. Məsihin ikinci gəlişində bizdən Allahın həyatı axacaq! O zaman allahsızların canları ölü olacaq, biz isə Onun lütfü ilə diri olacağıq və Allahın Ruhu bizdə fəal olacaq, ehtişam, sevinc və qüvvətlə nur saçacaq, çünki O, Allahın Özüdür!

DUA: Ey yaşayan Allah, Sənə səcdə qılırıq! Biz Sənə bağlanaq və Məsihin ölümü sayəsində saleh sayılmış övladların kimi əbədi yaşayaq deyə, Sən bizə Müqəddəs Ruhunu vermisən! İmansızlığımız və pozğunluğumuzdan bizi xilas etdiyin üçün Sənə minnətdarıq! Ölüm bizi əsarətə ala bilməz, çünki biz Sənin əlində hifz olunuruq və Sənin izzətin üçün qoyulan girov bizim daxilimizdədir!

SUAL:

  1. Müqəddəs Ruh Məsihə iman edənlərə nə verir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:48 AM | powered by PmWiki (pmwiki-2.3.3)