Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
A - BİRİNCİ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 13:1 - 14:28)
7. Həvarilərin Suriyadakı Antakyaya qayıtması və oradakı bacı-qardaşlara xidmətləri barədə hesabat verməsi (Həvarilərin İşləri 14:24-28)HƏVARİLƏRİN İŞLƏRİ 14:24-28 Paulla Barnaba uzun səyahətdən sonra Antakyaya qayıtdılar. Yolda dəniz sahilindəki bölgəyə girib Anadolunun cənubunda yerləşən Perge şəhərində Müjdəni yaydılar. Orada imanlılar cəmiyyətinin qurulmasına dair heç bir məlumat verilməyib, çünki Müqəddəs Ruh həvariləri dəniz sahilindəki bölgəyə deyil, Kiçik Asiyanın dağlarına və isti yaylasına göndərmişdi. Buna görə də onlar bu şəhəri tərk edib gəmiyə mindilər və Suriyadakı Antakyaya qayıtmaq üçün şərqə tərəf üzdülər. Onlar çox sevdikləri cəmiyyətə qayıdırdı. O cəmiyyətdə müqəddəs Ruh onları xidmət işi üçün seçmişdi. O vaxt bu iş qeyri-müəyyən idi, lakin onlar birinci müjdəçi səyahətindən qayıtdıqları zaman, Müqəddəs Ruhun bu işi onlara artıq tamamilə aydın idi. Onlar anladılar ki, əzəldən bəri onlar üçün hazırlanmış bu iş həm yəhudilərdən, həm də başqa millətlərdən ibarət olan cəmiyyətlərin qurulması idi. İlk öncə Suriyadakı Antakyada baş vermiş bu möcüzə başqa yerlərdə də təkrarlanırdı, çünki Müqəddəs Ruh onların zəhmət çəkdiyi hər yerdə eyni bəhrə gətirirdi. Başqa millətlərin önündə xilas qapısının taybatay açıldığı aydın idi. Amma imanlılar bu qapıdan girməyə və başqa millətlərə bu Müjdəni yaymağa hazır idimi? Başqa millətlərdən çağırılmış olanlar bu açıq qapıdan Məsihlə şərikliyə daxil oldular və Allahla əhd bağlayan seçilmişlər təkcə yəhudilərdən deyil, Məsihə iman edən bütün insanlardan ibarət idi. Yəhudi olmayanlar da Müqəddəs Allaha aparan qapının onların üzünə açılmış olduğunu gördülər! Çünki Məsihin qanı bizi təmizləyir və Müqəddəs Ruh bizi təzələyir. Həqiqətən, iman edən hər kəs xilas olacaqdır! Paulla Barnaba böyük sevinclə bütün cəmiyyəti yığıncağa çağırdılar. Çünki o imanlılar iki həvarinin səyahəti üçün gecə gündüz dua edərək Allahdan onları yönəltməsini və qorumasını diləmişdilər. Həvarilər Allaha şükür edə-edə Məsihin onların birgə xidməti vasitəsilə nə etdiyini anlatdılar və hər kəs sevindi və Allahı – Ata, Oğul və Müqəddəs Ruhu izzətləndirdi. Bu müjdəçi səyahətinin nəticəsində Rəbbə çoxlu alqışlar və şükürlər yüksəldi. Zira müjdəçilik fəaliyyətinin özü Qolqotaya görə minnətdarlığı ifadə etməkdən ibarətdir. Paulla Barnaba yetkin bacı-qardaşlarla ünsiyyətdə olub dincəldilər və Müqəddəs Ruhun bu böyük şəhərdəki cəmiyyətinə verdiyi ənamların zənginliyini bir daha hiss etdilər. Hamı birlikdə Məsihə iman edənlərə, Müqəddəs Ruhun qüvvəsilə dünyaya xidmət edənlərə bəxş edilmiş ilahi lütfü ucaltdı. DUA: Ya Rəbb İsa Məsih, bütün insanları Öz Padşahlığına çağırdığına görə Səni ucaldırıq! Bizə də xitab etdin, bizi xilasına inandırdın, bizi günah ölümündən diriltdin, Öz qanınla təmizlədin və dostlarımıza Müjdəni yaymağa göndərdin. Həlimlik, iffət və Ruhunun sevinci ilə yaşamaqda, hər gün Sənin məsləhətinə tabe olmaqda Sən Özün bizə kömək ol! SUAL:
|