Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Acts - 053 (Beginning of Preaching to the Gentiles)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
B - XİLAS BARƏSİNDƏKİ MÜJDƏ SAMARİYA VƏ SURİYAYA YAYILIR VƏ BÜTPƏRƏSTLƏR İMANA GƏLMƏYƏ BAŞLAYIR (Həvarilərin İşləri 8 - 12)

9. Romalı yüzbaşı Kornelinin imana gəlməsi ilə Müjdənin yəhudi olmayan xalqlara yayılmasının başlanğıcı (Həvarilərin İşləri 10:1 - 11:18)


HƏVARİLƏRİN İŞLƏRİ 10:9-16
9 Ertəsi gün təxminən altıncı saat radələrində, onlar yolda olub şəhərə yaxınlaşanda Peter dua etmək üçün dama çıxdı. 10 O acıb yemək istəyirdi. Yemək hazırlanarkən Peterin fikrini bir görüntü apardı. 11 O gördü ki, göy yarıldı, böyük mələfəyə bənzər bir şey dörd küncündən asılaraq yerə endi. 12 Onun üstündə hər cür dördayaqlılar, sürünənlər və göydə uçan quşlar var idi. 13 Ona bir səda gəldi: «Qalx, Peter, kəs və ye!» 14 Peter Ona dedi: «Əsla, ya Rəbb! Mən heç vaxt nə haram, nə də murdar bir şey yemişəm». 15 Səda ikinci dəfə yenə gəldi və Peterə dedi: «Allahın halal dediyi şeylərə sən haram demə». 16 Bu, üç dəfə təkrarlanandan sonra o şey dərhal göyə çəkildi.

Peter dua edən adam idi. Ruhani dualar olmadan vəhy ola bilməz. Hər gün müəyyən vaxtlarda dua etmək və Müqəddəs Kitabı oxumaq, radioda lazım olan dalğanı tutmağa bənzəyir. Əgər sən Müqəddəs Ruhun “dalğasını tutmaq” istəmirsənsə, Onun səsini eşitməyəcəksən, lütfünü hiss etməyəcəksən, Ondan istiqamət almayacaqsan. Dua edərək Müqəddəs Kitabı araşdıran adam Allahla ünsiyyətdə olur.

Peter və Korneli hər gün müəyyən vaxtlarda dua edirdilər. Onların günləri və əməlləri dua üzərində qurulurdu. Bəs sənin həyatın dua üzərində qurulubmu? Sənin müntəzəm duaların və Müqəddəs Kitabı dərindən araşdırmağın, bədənini qüvvətləndirmək üçün gündəlik yeməkdən daha önəmlidir. Çünki sənin ruhun Allaha və salehliyinə susayır və yalnız həyat suyu bu susuzluğunu yatırda bilər. Sən öz ruhuna laqeyd yanaşma, lakin Allahın Ruhuna ürəyini açıb hər gün İncili araşdır və lütf üstünə lütf alacaqsan.

Peter göyün yarıldığını və müxtəlif heyvanların aşağı endirildiyini gördü. O, uzun duadan sonra ac olduğu üçün, fikrində yemək var idi. Bişirilən dadlı yeməyin iyi, Peterin dua etdiyi evin damına çatmışdı. Allah Öz qulunun aclığından istifadə edərək ona görüntüdə göyün yarıldığını və yekə bir süfrənin göydən yerə endiyini göstərdi. Peter o süfrədə çoxlu dadlı yeməklər və meyvələr tapacağını düşünmüşdü. Lakin gözlədiyinin əksinə süfrədə əqrəb, ilan, kərtənkələ, buqələmun, tısbağa, yengəç və yəhudilərin haram saydığı başqa heyvan və həşərat gördü. Peter bu murdar məxluqlardan iyrəndi və tiskindi. Bəs sən bu görüntünün mənasını anlamısanmı? Bütün bəşəriyyət bu murdar məxluqlara bənzəyir. Biz həqiqətən murdarıq. Allah bizə baxanda murdar əməllərimizdən iyrənir, təkəbbürlü fikirlərimizdən tiskinir. Sən öz ürəyinin nə qədər murdar olduğunu heç dərk etmisənmi?

O dəmdə həvari bir səs eşitdi: “Ey Peter, qalx ayağa! Kəs və ye!” Allah istəyir ki, biz öz hisslərimizə qalib gəlib ilahi iradəsini qəbul edək. Lakin Peter bu görüntüdə müqəddəs Allahın onlara haram və murdar şeylər yeməyi qadağan etdiyini deyib, Allahın iradəsinə qarşı çıxdı. Günah edib murdarlanmaq istəməyən Peter sidq ürəkdən bu təklifi murdar bir sınaq kimi rədd etdi. Bəs sən hətta yuxuda, röyalarında hər sınağı rədd edirsənmi? Bütün varlığınla günaha nifrət edirsənsə, nə bəxtiyarsan! Müqəddəs Ruh səni qüvvətləndirmək, yönəltmək və sənə sınaqdan çıxış yolu göstərmək istəyir.

Allah Peterin zəhərli heyvanları yeməyini istəmirdi, amma qeydsiz-şərtsiz itaət etməyini istəyirdi. Peterin qanunpərəst mövqeyini məhv etmək istəyən Allah-Taala onun günahdan tiskinməyini deyil, günahkarları sevməyi öyrənməyini istəyirdi. Şübhəsiz ki, bəşəriyyət Peterin gördüyü sürünən heyvanlar kimi murdar və iyrəncdir, Allahın Ruhuna məqbul deyildir. Sən özünü düzgün dərk elə! Mələk kimisən, yoxsa murdar heyvan kimisən? Sənin iradən salehdir, yoxsa pis niyyətlər sənə üstün gəlir? Cavanlığından bəri insan ürəyinin fikirləri həmişə pis olur.

Allah Onun surətini daşıyanları məhv etmədi, lakin bütün insanları təmizlədi. Onun Oğlunun qanı ilə ağlasığmaz xilas gerçəkləşdi. Bütün insanlar günahlarına görə Allahın nəzərində murdardır, lakin Allah, çarmıxa çəkilmiş İsanın vasitəsilə dünyanı Özü ilə barışdırdı. Buna görə Müjdəni məhdudlaşdırma. Qatil, zinakar, pozğun, qürurlu və ya lovğa bir adam tanıyırsan? Bil və agah ol ki, İsa çarmıxda onun günahlarını daşıyıb, bahasını ödəyib, bütün təqsirlərini aradan götürüb. Ancaq bu günahkarın onun üçün hazırlanmış bu lütfdən, əfvdən, xilasdan xəbəri yoxdur.

Unutma ki, Allah bütün insanlara eyni baxışla baxır. Çarmıxda Məsihin qanı axıdılandan bəri Allah hər insanı təmiz və müqəddəs sayır. Müqəddəs Ruh Peterə bu görüntünü üç dəfə göstərməyə məcbur oldu, çünki adi bir insanın ağlına çətin gələr ki, pozulmuş adam sağlam ola və pis adam yaxşı sayıla bilər. Bunlar mümkün olmayan şeylər kimi görünür. Ancaq Allahın səbri böyükdür. O, bu şeyləri anlamayan Peterə üç dəfə təkrar edib öyrətdi ki, çarmıx adi insanın ağlına üstün gəlib. Üç dəfə təkrarlanan bu görüntü onu göstərir ki, Ata, Oğul və Müqəddəs Ruh olan Allah tam iradəsi ilə insanların xilas olub həqiqəti dərk etmələrini istəyir. Xilas tamamlanmışdır. Allah bütün bəşəriyyəti Oğlunun qanı sayəsində saleh sayır. Belə olmasaydı, O, müqəddəsliyi ilə onları çoxdan məhv etmişdi.

DUA: Ey Səmavi Ata, şübhələrimi və xilasına qarşı durduğumu bağışla! Sən Özün ağlıma üstün gəl, ürəyimi genişləndir, imanımı nurlandır, qoy mən Sənin xilasının əzəmətini dərk edim və sevimli Oğlunun çarmıxda bütün bəşəriyyətin günahlarını əfv etdiyinə şəhadət edim! Hikmətli sözlər üçün dilimi aç və iqrarımı həqiqətlə qüvvətləndir!

SUAL:

  1. Allahın Peterə söylədiyi “Allahın halal dediyi şeylərə sən haram demə” sözlərinin mənası nədir?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 09:44 AM | powered by PmWiki (pmwiki-2.3.3)