Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Acts - 030 (The Apostles before the High Council)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

17. Bütün həvarilər Ali Şuranın önündə (Həvarilərin İşləri 5:26-33)


HƏVARİLƏRİN İŞLƏRİ 5:26-33
26 Bu vaxt başçı ilə mühafizəçilər gedib həvariləri gətirdi. Xalqın onları daşqalaq etməsindən qorxduqları üçün güc tətbiq etmədilər. 27 Onlar həvariləri Ali Şuranın qarşısına gətirdilər. Baş kahin onlardan soruşdu: 28 «Bu adla təlim öyrətməyi sizə qəti qadağan etmədikmi? Amma siz təliminizi bütün Yerusəlimə yaydınız və o Adamın qanını bizim boynumuza yükləmək istəyirsiniz». 29 Peter və başqa həvarilər belə cavab verdi: «İnsana deyil, Allaha itaət etmək daha vacibdir. 30 Ata-babamızın Allahı sizin çarmıxa çəkib öldürdüyünüz İsanı diriltdi. 31 İsrailə günahlarından tövbə və bağışlanma imkanı vermək üçün Allah Onu Bani və Xilaskar olaraq Öz sağ tərəfinə qaldırdı. 32 Bu şeylər barədə biz şahidik, Allahın Özünə itaət edənlərə verdiyi Müqəddəs Ruh da şahiddir». 33 Onlar bunu eşidəndə çox qəzəbləndi və həvariləri öldürmək istədilər.

Allah düşmənlərini sevir və pislərə təsəvvür etdiyimizdən artıq mərhəmət göstərir. O günkü iclas elə yerə çatdı ki, on iki həvari İsrail xalqının rəhbərlərini tövbə etməyə, Rəbbə tərəf dönməyə çağırdı. Burada təkcə istintaq komissiyasının deyil, bütün Şuranın üzvləri yığılmışdılar.

Məbədin keşikçiləri rəisi Məsihin elçilərini axtarıb tapdı və nəzakətlə onlardan onunla birlikdə Şuranın iclasına getmələrini xahiş etdi. Həvarilər onunla birlikdə cinayətkarlar kimi buxovlanmış vəziyyətdə deyil, möhtərəm adamlar kimi azad halda getdilər. Camaatın Allahın elçilərinin müdafiəsinə qalxıb keşikçiləri daşa basmasından qorxan keşikçilər rəisi onları tutmağa cürət etmədi. Həvarilər məbəd qarovulçuları ilə könüllü olaraq getdilər.

Ali Şuranın yetmiş üzvü baş kahinin evində yığılmışdı. Baş kahinin özü səbirsiz və narahat halda idi, ürəyində kin, nifrət və təhdidlər aşıb-daşırdı. Onu lap çox yandıran o idi ki, “asayişi pozan” bu adamlar qəribə surətdə zindandan yoxa çıxması ilə xalqın nümayəndələri qarşısında ona xəcalət çəkdirmişdi. Odur ki həvarilər gələn kimi baş kahin onları sərt şəkildə tənbeh etdi və soruşdu: “Niyə siz İsanın adı ilə danışmaqdan əl çəkməmisiniz? Axı biz sizə bu adı dilinizə gətirməyi belə qadağan etmişik! Ciddi xəbərdarlığa baxmayaraq, siz boş nağıllarınızla bütün Yerusəlim şəhərini doldurmusunuz! Sizin bircə məqsədiniz var – bizi xalqın önündə biabır etmək, alçaltmaq, camaatı haqsız mühakimə etdiyimizə inandırmaqdır; guya İsa saleh imiş, biz isə cani imişik! Halbuki o Nazaretli gənc yalançının biri idi, Allaha küfr edirdi, öldü və basdırıldı, biz də nəhayət rahat nəfəs aldıq. İndi isə siz Ali Şuranı ələ salmaq və bizi təhqir etmək fikrinə düşmüsünüz, bizə qarşı min cür yalan, xurafat və hiylə işlətmisiniz”.

O zaman Peter bütün həvarilərlə birlikdə ayağa qalxdı və Müqəddəs Ruhdan ilham alıb tam cəsarətlə buna belə cavab verdi: “Biz heç nə uydurmuruq və pis niyyətimiz yoxdur, biz sadəcə olaraq Rəbbə tabe olub, Allahdan aldığımız həqiqətə şəhadət edirik. Sizin əmrinizə əməl edə bilmərik, çünki Allah sizdən böyükdür. O, Rəbbimizdir. Biz susub, Onun həqiqətlərini gizlətsək, vay halımıza! Dilimiz sussa, lənətə gələcək. Biz həqiqətən Allahın birbaşa bizə verdiyi vəhyin əsasında danışırıq”.

Bəlkə də ağsaqqallar onlara “Allahın sizə verdiyi vəhy nədən ibarətdir?” – deyə sual verməyə başladılar və həvarilərdən biri belə cavab verdi: “Bizim bircə vəhyimiz vardır, o da İsanın ölümdən dirilməsinin gerçəkliyidir. O bizə ruh və ya xəyalat kimi görünməyib, lakin Allah Onu bədəncə ölümdən dirildib, çünki İsa həmişə Allahla birlikdə, Allah da Onunla birlikdə olmuşdur”.

O dəmdə hakimlərdən biri coşub “Sizin dediyinizdən elə çıxır ki, biz Allahın düşmənləriyik!” deyə qışqırdı. Peter ona cəsarət və əminliklə cavab verdi: “Saleh İsanı məhkum edən sizdən başqası deyil idi ki! Vali Pilata Onu çarmıxa çəkdirməyə məcbur edən siz idiniz! Bəli, siz qatillər və Allahın düşmənlərisiniz! İsa müqəddəsdir və siz Onu murdar adamların əli ilə lənətli ağaca mıxlatdırmısınız!”

Həvarilərdən biri hakimlərin dişlərini qıcırdatmalarına məhəl qoymadan sözünü başa çatdırdı: “Ancaq Allah İsanı nəinki ölümdən dirildib, həm də Öz sağ tərəfinə qaldırıb, İmanlılar Cəmiyyətinin Başı və dünyanın Xilaskarı eləyib! İsa, Allahın sifətlərini Özündə daşıyan Rəbbin Özüdür, sizin gözlədiyiniz Məsih də Odur, necə ki O Özü sizə açıqca söyləyib ki, bundan sonra Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu və göyün buludları üzərində gəldiyini görəcəksiniz”.

O anda bəzi Şura üzvləri yerindən sıçrayıb həvarilərin üstünə hücum çəkməkdən özlərini güclə saxladılar, qəzəbdən partlamaq dərəcəsinə gəldilər, amma o biri həvarilərin özlərini müdafiə etməsini gözləməli oldular. Onlardan biri “İndi ancaq o qalır ki, siz bizi öz Rəbbinizə tapınmağa çağırasınız” – deyə donquldandı. Şagirdlərdən biri ona belə cavab verdi: “Əslində, İsa sizi rədd etmir, O sizi tövbəyə çağırır və bütün İsrail xalqının Ona tərəf dönməsini gözləyir. Çünki O, məhəbbətdir. O hələ də bütün günahlarınızı bağışlamağa hazırdır. Onun yanına gəlin, Onun mərhəməti sizin nifrətinizdən böyükdür və siz həqiqətən tövbə etsəniz, Allah sizi bağışlayacaq”.

Bəlkə də Ali Şuranın üzvlərindən bəzisi balıqçıların belə danışdığına heyrət edərək onlardan “Bu, necə həyasızlıqdır! Siz öz hakimlərinizi təqsirləndirib mühakimə etməyə necə cürət eləyirsiniz? Eyni zamanda onlara əfv olunmağı da təklif etməkdən çəkinmirsiniz! Özünüzü kim sayırsınız? Yoxsa siz tanrılarsınız?...” – deyə soruşdu.

O zaman Müqəddəs Ruh şagirdlərə yol göstərdi ki, onlar qürur və ya küfr sınağına düşməsinlər. Onlar belə cavab verdilər: “Biz sadəcə olaraq İsanın həqiqətən dirilməsinin və göyə qalxmasının şahidləriyik. Müqəddəs Ruh bizdə həqiqətən məskən salıb, çünki biz ucalmış Məsihə iman edirik. Bu Ruh da biliyimizin həqiqi olduğunu təsdiq edir və biz Allahla sülh içində yaşayırıq”.

Ağsaqqallardan biri qəhqəhə çəkib dedi: “Siz ki savadsız, cahil adamlarsınız, Müqəddəs Ruhdan nə anlayırsınız?” Bunun cavabı dərhal gəldi: “Allah yalnız Onun sözünə itaət edənlərə və Məsihin təlimini qəbul edənlərə Müqəddəs Ruhu verir. İman etməyənlər isə Müqəddəs Ruha və şəhadətinə inadkarcasına qarşı durduqları üçün həlak olacaqlar. Bütün günahlar insanlara bağışlanacaq, amma Müqəddəs Ruha qarşı küfr bağışlanmayacaq”.

Həvarilərin dediyi hər bir söz ilahi həqiqət olaraq Ali Şuranın yetmiş üzvünün ürəklərini ox kimi vurdu. Bu sözlər adlı-sanlı adamların şərəfinə və ləyaqətinə toxunduğundan, onların əksəriyyəti qəzəblə ayağa qalxdı və Allaha küfr edən bu həyasız adamları tutmaq istədi. Ab-hava get-gedə gərginləşirdi, cəhənnəm qəhqəhə çəkərək Məsihin Cəmiyyətinin rəhbərlərinə hücum etməyə, onları daşqalaq edib məhv etməyə hazırlaşırdı.

DUA: Ya Rəbb İsa Məsih, Sən yaşayırsan! Sənə səcdə qılırıq, həvarilərinə o kritik durumda bu qədər qüvvət və cəsarət verdiyinə görə Səni ucaldırıq! Onlar Səni inkar etmədilər, lakin həqiqətinə şəhadət etdilər. Sınaq vaxtı bizə də kömək et ki, ölümədək Sənə sadiq qalaq! Amin.

SUAL:

  1. Həvarilərin hakimləri qarşısında müdafiəsinin hansı hissələri xüsusilə xoşuna gəldi?

www.Waters-of-Life.net

Page last modified on July 04, 2013, at 08:48 AM | powered by PmWiki (pmwiki-2.3.3)