Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 272 (Christ’s Command to Preach to all the Nations)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
YEDDİNCİ HİSSƏ - İsanın ölümdən dirilməsi və böyük tapşırığı (Matta 28:1-20)

7. Məsihin bütün millətlərə Müjdəni vəz etmək əmri (Matta 28:19)


MATTA 28:19
19…Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin…
(Mat. 24:14; Mark 16:15-16; 2Kor. 5:10)

Məsihin bu tapşırığını yerinə yetirmək istəyən hər kəs Rəbbin Ruhundan aldığı istiqamətdə getməlidir. Bəlkə də sənin belə sualın var: “Kimlərin yanına getməliyəm? Heç kəs Müjdə ilə maraqlanmır, Allahın Kəlamına can atmır”. Yaxşı Çobanın cavabı belədir: “Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq”. Xilaskardan dilə ki, səni Müqəddəs Ruhun ürəyini hazırladığı adamların yanına göndərsin. Haqqı axtaranlardan birini tapanda, əvvəlcə onun fikirlərinə qulaq as, dərd və əziyyətlərini öyrən, suallarına öncədən hazırlanmış cavabları vermə, bunun əvəzində, bu adama nə söyləmək istədiyini sənə göstərməsini İsadan dilə. Müəyyən bir zamanda konkret adama lazım olan sözü axtar. İsanın sənə göstərdiyi adama Müjdəni danışmaqdan qorxursansa, Rəbdən sənə bu qorxularına qalib gəlməyini və Kəlamını yaymaq tapşırığını yerinə yetirməyinə mane olan hər şeyin aradan götürülməsini istə. O adamla görüşmədən öncə və söhbət edərkən dua etməyi unutma. Onunla söhbətdə şəxsən ona göstərdiyin qayğı, işlətdiyin sözlərdən daha önəmlidir.

Həmsöhbəti qazanmaq istəyən adam mütləq onu cəlb edəcək olan, axtardığı, can atdığı sözlər deməlidir. Universitet tələbələri çox hörmətli professorlara diqqətlə qulaq asırlar, çünki onların öyrətdikləri çox faydalıdır. Amma məsihilərin öyrətdikləri daha da maraqlı, heyranedici və qiymətlidir, çünki onlar Allahı qayğıkeş Ata kimi tanıyırlar və eləcə də onları ölümdən, günahdan, qorxudan azad edən İsanı tanıyırlar, İsa onların bütün günahlarını bağışlayıb. Müqəddəs Ruh onlara təsəlli verir, məhəbbət, sevinc, sülh, lütf, nəfsinə hakim olmaq kimi gözəl şeylər bəxş edib. Məsihin ölümdən dirilməsində canlı ümidimiz var. Biz Onun gəlişini gözləyirik. Sənin həyatının mənası, gələcəyinin qayəsi vardır. Sən artıq itmiş deyilsən – tapılmısan! İsanın sənə bəxş etdiyindən şübhələnmə, Rəbbin səni yönəltdiyi adamlara Müjdəsini danış. Çünki sən həyat verən həyat Rəisinə iman edəndə, Məsih sənə əbədi həyat verir!

Məsih Ona iman etmiş ilk məsihilərə Müjdəni yaymaq üçün güc verib. Onlar ilk öncə Aralıq dənizi ölkələrinə, sonra Persiyaya Müjdəni yayıblar. Üstündən illər keçmiş, Məsihin zəfər yürüşü Avropada, Orta Asiyada, Çinə qədər yayılıb. Avropalılar Amerikanı və Hindistana aparan dəniz yollarını kəşf edəndən sonra, Məsih, İmanlılar cəmiyyətinin dünyanın bütün ölkələrinə Müjdəni yaymasına yol açıb. Hal-hazırda İbrahimin nəsli və kommunist ölkələri bu səmavi xəbəri eşitməlidir. Bu işdə vəzlərimiz, dualarımız, ianələrimizlə hamımız iştirak etməliyik. Biz hamımız – bütün imanlılar – ruhani xidmətdə səy göstərməyə dəvət olunmuşuq.

DUA: Ey böyük Müəllim, Sən bizi şagirdlərin olaraq qəbul etmisən, qüvvət, hikmət, həqiqət dolu Müjdəni bizə öyrətmisən, öyrəndiyimizi həyata keçirək deyə, bizi dəyişdirmisən. Tənbəl olub Müjdəni yaymamışıqsa, Ata, Oğul və Müqəddəs Ruh olan vahid Allahın qüvvətini tanımayan adamların yanına getməmişiksə, bizi bağışla! Bizə kömək et ki, Sənin Özün, qüvvətin, məhəbbətin və sülhün barədəki biliyi onlarla bölüşək və onlar Sənin Xilaskar olduğunu anlasınlar və Müqəddəs Ruhun qüvvəsi ilə Səmavi Atanı tanısınlar!

SUAL:

  1. Dünya əhalisinin neçə faizi hələ Müjdəni eşitməyib və sənin bu işdə rolun nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:22 AM | powered by PmWiki (pmwiki-2.3.3)