Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 223 (Parable of the Wise and Foolish Virgins)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
C - İsanın Zeytun dağında dünyanın gələcəyi barədə söylədiyi nitq (Matta 24:1 - 25:46) -- İsanın sözlərinin altıncı məcmuəsi

12. On qız məsəli (Matta 25:1-13)


MATTA 25:1-5
1 O zaman Səmavi Padşahlıq çıraqlarını götürüb bəyin qarşısına çıxan on qıza bənzəyəcək. 2 Onlardan beşi ağıllı, beşi isə ağılsız idi. 3 Ağılsızlar özləri ilə çıraqlarını götürmüşdü, amma yağ götürməmişdi. 4 Ağıllılarsa çıraqları ilə birgə qablarda yağ da götürmüşdü. 5 Lakin bəy gecikdiyindən hamısını yuxu basdı və onlar yatdı.
(Luka 12:35-36; Vəhy 19:7)

Yəhudilərin belə adət-ənənəsi var idi ki, gəlin evdə bəyi gözləyirdi və bəy dostları ilə birlikdə gecə vaxtı onun yanına gəlirdi. Gəlinin yanında qalan bakirə qızlar gəlini hazırlayıb onunla birlikdə bəyi gözləyirdilər. Bəy gələndə qızlar əlində çıraq durub bəyin yoluna işıq tuturdular. Bəy evə girirdi və hamı böyük alqış və şənliklə onların toy mərasiminə qatılırdı.

Bəziləri güman edirlər ki, belə hallarda məhz on nəfər bakirə qız çağırılırdı, çünki yəhudilər sinaqoqda toplantı keçirmək, körpəni sünnət etmək, Pasxanı qeyd etmək və nikah bağlamaq üçün ən az on nəfərin iştirak etməyini tələb edirdi. Boaz Rutla on nəfər kişinin hüzurunda evlənib (Rut 4:2).

Allahın Padşahlığı beşi ağıllı, beşı isə ağılsız olan on qıza bənzəyir. Onların onu da çağırılmış, Müqəddəs Ruhu almış, Məsihin əfvi olan toy libası geyinmiş idi. Onu da Allahın Oğlunun gəlişini gözləyirdi. Onların hamısı Məsihə iman gətirib gözləyirdi.

Lakin bəy günün isti günorta çağında deyil, sərin gecə vaxtında gəldiyi kimi, Məsih də İmanlılar Cəmiyyətinin çiçəklənmə dövründə deyil, təqib gecəsində gələcək. Bu məsəldə gördüyümüz kimi, qızların hamısı həyəcan dolu gündən sonra yuxuya getmişdi. Məsihilər də belədir. Ağıllı-ağılsız hamı gözləyərkən istər-istəməz mürgüləyəcək. Allahın Oğlu gözlənmədiyi zaman gələcək.

Biz ümiddə zəifləyirik, hər an Məsihi gözləyənimiz yoxdur, biz mütləq yorulub Onun gələcəyini unudur və yuxuya düşürük. Zil qaranlıqda dərin yuxuya gedən cəmiyyətlər axır günlərin əlamətidir. Maraqlıdır ki, Məsih yuxuya gedən qızları heç danlamayıb, yuxuya düşmələrini təbii olay kimi qarşılayıb, bütün imanlılar üzərinə gələn sınaqlardan, uzun gözləntidən yuxuya gedəcəklərini əvvəlcədən bilib.

Lakin axır zamanın yuxuya getmiş cəmiyyətlər arasında çox ciddi fərq vardır. Bəziləri Müqəddəs Ruhla dolu, digərləri isə boşdur. Bu məsəldə yağ Müqəddəs Ruhun rəmzidir, çırağın fitili isə Allahın Kəlamıdır, çünki Ruhun qüvvəsi Allahın Kəlamından keçib bizi işıqlandırır.

Ağılsız beş qız çıraqları üçün əlavə yağ hazırlamadıqlarına görə ağılsız idilər. Onlar bəyi qarşılamaq niyyətində olduqlarını göstərmək istəyib, qısa müddət üçün bəs edəcək qədər ehtiyat görmüşdülər. Lakin bəyin yolda yubanması halında, çıraqları üçün əlavə qab yağ götürməmişdilər. Beləcə ikiüzlülərin daxilində mökhəm iman əsası olmadığını görürük. Onlar əllərində zahiri möminlik çırağı tuturlar, lakin ürəklərində sağlam təlim kök salmayıb, qəti əzmin əsər-əlaməti yoxdur; halbuki qəti əzm olmayanda dünyada xidmət etmək, sınaqlara qarşı durmaq qeyri-mümkündür. “Ağılsız qızlar” xarici təsirləri ilə iş görürlər, lakin ruhani həyatları yoxdur.

Bütün imanlılar cəmiyyətləri bu sualla üz-üzə qalırlar: “Siz Allahın Ruhunun qüvvəsi ilə dolusunuz, yoxsa adət-ənənələr, mərasimlər, komitələr, ianələr, vaxtlardan asılısınız?” Dünyəvi təlimlər, səylər, xəzinələr maarifləndirməyə qadir deyildir, yalnız Müqəddəs Ruhun qüvvəsi ürəklərimizi əbədi olaraq nurlandırır.

Əziz qardaşım, sən özünü inkişaf etdirmək üçün müntəzəm olaraq Allahın Kəlamını oxuyursanmı? Bu Kəlamı dərindən öyrənməklə sən bu həyatda və axirətdə böyük qüvvə əldə edəcəksən.

DUA: Ya Rəbb İsa Məsih, biz Səni unutmuşuqsa, başımız başqa şeylərə qarışıbsa, bizi bağışla. Gündəlik problemlər üçün qayğı çəkib ikinci gəlişini unudan cəmiyyətləri bağışla. Bizə kömək et ki, vədlərini anlayaq və başqa insanlarla bölüşək, qoy onlar da Sənin Kəlamından təsəlli tapsınlar, günahlarının bağışlanmasına nail olsunlar, Müqəddəs Ruhdan doğulsunlar, səbir və ümid öyrənsinlər! Bizə rəhm et, qoy biz ağılsız deyil, ağıllı olaq!

SUAL:

  1. Ağıllı və ağılsız qızlar arasındakı fərq nədən ibarətdir?

www.Waters-of-Life.net

Page last modified on August 14, 2023, at 05:04 AM | powered by PmWiki (pmwiki-2.3.3)