Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 208 (Jesus’ Prophesy about Jerusalem)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
B - Qürurlu möminlərin “vay halına”! (Matta 23:1-39) -- İsanın sözlərinin beşinci məcmuəsi

11. İsanın Yerusəlim barəsindəki peyğəmbərliyi (Matta 23:34-36)


MATTA 23:34-36
34 Ona görə də Mən sizə peyğəmbərlər, müdrik adamlar və ilahiyyatçılar göndərirəm. Siz onlardan bəzisini öldürəcək və çarmıxa çəkəcəksiniz. Bəzisini sinaqoqlarınızda qamçılayacaq və şəhərdən şəhərə qovacaqsınız; 35 belə ki saleh olan Habilin qanından tutmuş məbədlə qurbangahın arasında öldürdüyünüz Berekya oğlu Zəkəriyyənin qanına qədər yer üzündə tökülən bütün saleh adamların qanı üçün məsuliyyət daşıyasınız. 36 Sizə doğrusunu deyirəm: bütün bu şeylər üçün bu nəsil məsuliyyət daşıyacaq.
(Yar. 4:8; 2Saln. 24:20-21)

İsa yəhudi başçılarına “Siz gürzələr nəslisiniz və cəhənnəmə məhkum edilməkdən çətin qaçarsınız!” – deyə xəbərdarlıq etdi. Gözləmək olardı ki, bundan sonra O belə deyər: “Ona görə də Mən sizə əsla peyğəmbər göndərməyəcəyəm”. Lakin biz bunun tam əksini görürük: “Ona görə də Mən sizə peyğəmbərlər göndərməyəcəyəm, onlar sizi tövbəyə çağıracaqlar və siz tövbə etməsəniz, Allahın qarşısında üzrsüz olub həlak olacaqsınız!” Bu sözlərdən görürük ki, onları göndərən Məsihdir. Bu da bir daha təsdiqləyir ki, O, Allahdır, çünki yalnız Allahın, peyğəmbərləri göndərmək səlahiyyəti var. Məsih onları bizə danışan elçilər olaraq göndərəcək. O, dirilməsindən sonra bu sözünü yerinə yetirdi: “Mən sizi göndərirəm” (Yəh. 20:21).

İsa çarmıxda öldükdən sonra Allahın qədim xalqına peyğəmbərlər, elçilər, müdrik adamlar, ilahiyyatçılar göndərəcəyini elan etdi. O, şagirdlərini başa saldı ki, özlərini saleh sayan dindar düşmənləri onları təqib edəcək, qamçılatdıracaq, daşqalaq edəcək, şəhərdən qovacaq, hətta çarmıxa çəkdirəcəklər. İsanın bu peyğəmbərlik sözlərinin necə yerinə yetdiyini bilmək istəyən hər kəs Həvarilərin İşləri Kitabını diqqətlə oxumalıdır və orada İsanın ardıcıllarını təqib edib öldürməklə Allaha xidmət etdiyini zənn edən yəhudi dinçilərinin kinini, nifrətini görəcək (Yəh. 16:1-3).

Məsih onlara pis və murdar işləri barədə xəbərdarlıq etməklə yanaşı, Rəbbin onlara göndərdiyi xidmətçilərinin qanını tökdüklərinə görə Allah tərəfindən məhkum ediləcəklərini bildirdi. Bu qan Allaha fəryad edir (Yar. 4:10; İbr. 12:24) və qədim əhddə öldürülən şəhidlər də Allahın ədalətli mühakiməsini gözləyirlər (Vəhy 6:9-11).

Bu gün bəzi imanlılar cəmiyyətləri və rəhbərlər insanları tövbəyə və əqlən dəyişməyə çağırmırlar, indiki vəziyyətdə kifayət qədər saleh olduqlarına inanırlar. Onları müqəddəslik iddiasından əl çəkməyə çağıran Məsihin elçilərini isə qəzəblə rədd edirlər. Onlar tövbə edib həlim və qəlbən itaətkar Məsihin surətinə dəyişdirilməlidirlər.

DUA: Ey müqəddəs Rəbb, Sənə şükür edirik ki, Oğlun özlərini saleh sayan adamlara açıq şəkildə danışdı, səkkiz dəfə “Vay halınıza!” dedi, son anda tövbə etmək fürsətini verdi. Onlar kimi davranmışıqsa, ürəkdən tövbə edib müqəddəsliyinə dəyişməmişiksə, Sən qürurumuz, ikiüzlülüyümüz üçün bizi bağışla! Tövbə edib yeganə Xilaskara iman edən hər kəsi dinçilərin təqiblərindən qoru, qoy heç kəs çarmıxda bəxş edilən salehlikdən və hamıya lütf ilə verilən xilasdan uzaqlaşmasın! Sənə və Oğluna qarşı olanları və Sənə xor baxanları mühakimə edərkən, bizi İsanın qurbanında qoruyub saxladığın üçün Sənə şükür edirik!

SUAL:

  1. Niyə Məsih xidmətçilərini xalqının alim adamlarına göndərir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:08 AM | powered by PmWiki (pmwiki-2.3.3)