Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 111 (Aim of Preaching)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
C - On İki şagird Müjdəni vəz etməyə göndərilir (Matta 9:35 - 11:1)
3. Səmavi Padşahlığın yayılma yolları (Matta 10:5 - 11:1) -- İsanın sözlərinin ikinci məcmuəsi

e) Müjdənin vəz edilməsinin ali məqsədi (Matta 10:40 - 11:1)


MATTA 11:1
1 İsa On İki şagirdinə nəsihət verib qurtarandan sonra öyrədərək vəz etmək üçün onların şəhərlərinə getdi.
(Luka 7:18-23)

Müjdəçi Matta Məsihin həvarilərinin, xidmətçilərinin Səmavi Padşahlığın gəlişini müjdələmələri üçün Məsihin böyük əzəmətini təsvir etdi. Məsih onlara yüksək maaş üçün çalışmağı öyrətmədi, lakin Müqəddəs Kitabı öyrənmək üçün kiçik qruplar təşkil etməyə yönəltdi. O onlara nəsihət verdi ki, öyrətdikləri kimi həyat sürsünlər, hiyləgər, yalançı, zorakı adamlardan özlərini gözləsinlər. İsa onlara təqib zamanı təsəlli verdi və onlar qohum-əqrəbası tərəfindən rədd edildikləri zaman, başlarındakı tüklərin belə sayıldığını deyərək, Özünün onlarla birlikdə olduğuna, onların qayğısına qaldığına, onlara güc verdiyinə inandırdı. Allahın Özü Onu qəbul etmiş insanların ürəyində Müqəddəs Ruh vasitəsilə yaşayır və onların iqrarlarını təsdiqləyir.

İsanın şagirdləri sözünə əməl etdilər; Rəbb də onların xidmətlərini təsdiq etdi, onların gücləri çatmayanı edərək, onlara xeyir-dua verdi. Bəs sən xidmətə gedirsənmi, yoxsa hələ də öz otağında oturursan? Camaatın dərdi sənə təsir edirmi, yoxsa ürəyin daşa dönüb? Sən öz ürəyində Məsihin həyatını hiss edirsənmi? Onda danış və susma. Şər atan adamlardan qorxma, lakin Allahın məqsədini, iradəsini yerinə yetir. Yoxsa istəyirsən ki, Rəbb yaramaz adamlardan Özünə elçilər seçsin? Axı Allahın salehləri qorxaq olsalar, övladları gizlənib missiyalarından boyun qaçırsalar, Atanın izzəti barədə danışmasalar, Rəbb başqalarını seçməli olacaq!

Rəbb İsa bizə Ona xidmət etməyi əmr edir. Müjdəçi Matta Məsihin bu ikinci nitqini göyün və yerin Rəbbindən çıxan və bizim yerinə yetirməli olduğumuz bir əmr kimi təqdim edir. Kimimiz padşahların Padşahı və rəblərin Rəbbinin əmrinə qarşı çıxmaq istəyər?

Bizə böyük dəvət – səmanın məhəbbət dəvəti verilib. Kim bu dəvəti eşidib cavab verəcək? Kim xidmətə gedib, dua edəcək, Müqəddəs Ruhun qüvvəsi ilə şəhadət edəcək və Onun dəvətini yerinə yetirəcək?

DUA: Ya Rəbb, Oğlun İsa Məsihi günahlı dünyamıza göndərdiyin üçün Sənə minnətdarıq. Sən Onun vasitəsilə Özünə elçilər, pastorlar, şahidlər seçmisən. Sənə həmd edirik, çünki Sənin sözlərin bizə çatıb, yeni həyat verib, bizi təmizləyib, təqdis edib. Sən bizi Öz məhəbbətinin qüvvəsi ilə doldur, hikmətlə Müjdəni yaymaq və yer üzündə Sənin ruhani Padşahlığını elan etmək üçün bizə iradə və əzm ver! Bizi ruhlandır, məzəmmət et, qoy biz Müqəddəs Ruhun qüvvəsi ilə xidmətə gedək və Sənin məhəbbətinin, lütfünün bəhrələrini verək! Bizimlə qal və bizi yeni həyata apar, çünki Sən bizi dəvət etmisən ki, bizim zəif sözlərimiz Sənin həyat və qüvvət verən sözlərin olsun!

SUAL:

  1. Məsihin itmişlərə Müjdəni yaymaq əmrindən nə öyrəndin?

Canını qoruyan kəs onu itirəcək,
Mənim uğrumda canını itirənsə onu qoruyacaq

(Mat. 10:39)

Matta Müjdəsi ikinci hissə üzrə suallar:

Möhtərəm oxucu! Əgər sən bu Matta Müjdəsi üzrə şərh kitabını diqqətlə oxumusansa, aşağıdakı suallara asanlıqla cavab verə biləcəksən. Sualların 90%-inə düzgün cavab versən, biz sənə ruhən böyüməyin üçün faydalı olan növbəti hissəsini göndərəcəyik. Cavablarını poçtla göndərəcəksənsə, həm zərfdə, həm də cavablarını yazacağın vərəqdə tam adını, soyadını və poçt ünvanını dəqiq şəkildə yazmağı unutma.

  1. Niyə Məsihin Qanunu “Bunları etməlisiniz...” əmri ilə deyil, “Nə bəxtiyardır…” nidası ilə başlandı?
  2. Nə üçün Allahın Padşahlığına hər kəsdən öncə “ruhən yoxsullar” daxil olurlar?
  3. Niyə güclülər deyil, həlimlər yer üzünü irs olaraq alacaqlar?
  4. Məsih salehliyə acıb-susayanları necə doyuzdurur?
  5. Xudbin adam necə dəyişilib mərhəmətli ola bilir?
  6. Təmizlənməyə necə nail ola bilərsən?
  7. Sən Məsihin yolunda olan xidmətinlə necə sülh yaradırsan?
  8. Niyə barışıq Müjdəsini yayanlara qarşı amansız müqavimət göstərilir?
  9. Əziyyət çəkən imanlıların mükafatı nədir?
  10. Məsihin “yer üzünün duzu” olmaq çağırışı nə məna verir?
  11. Sən bu dünyada necə nur ola bilərsən?
  12. Allahın Qanununu necə yerinə yetirə bilirik?
  13. Məsihin Qanununa görə, qatil kimdir?
  14. Bizi əxlaqsızlığa, zinaya çəkən ehtiraslardan necə azad ola bilərik?
  15. Məsihin Qanununa əsasən, zinakar kimdir?
  16. Biz necə həyat sürməliyik ki, sözümüz, əməlimiz, davranışımız düzgün olsun?
  17. Məsih bizi qisas alma hüququndan necə azad etdi?
  18. Öz-özündən azad olan kimdir?
  19. Allahın kamilliyinə necə yaxınlaşa bilərik?
  20. Musanın Qanunu ilə Məsihin Qanunu arasındakı əsaslı fərq nədən ibarətdir?
  21. Atanın nəzərində məqbul olan sədəqə necədir?
  22. Biz necə dua etməliyik ki, Allah bizə cavab versin?
  23. Ata adını necə müqəddəs tuta bilərik?
  24. Sən duada “Padşalığın gəlsin!” deyərkən nəyi gözləyirsən?
  25. Allahın iradəsi nədir?
  26. “Gündəlik çörək” üçün xahişin mənası nədir?
  27. Bağışlanma xahişində nə cür sirlər vardır?
  28. Həyatımızda hər cür şərdən necə azad oluruq?
  29. Ata Allahı necə ucaldırıq?
  30. Allahla davamlı şərikliyimizin şərti nədir?
  31. Əhdi-Cədiddə orucun mənası nədir?
  32. Niyə eyni zamanda həm Allaha, həm də sərvətə qulluq edə bilmərik?
  33. Niyə Məsih qayğı çəkməyi qadağan edir?
  34. Niyə Məsih bizə başqalarını mühakimə etməyi qadağan etmişdir?
  35. Allahın Kəlamını eşitmək istəməyənlərə necə məhəbbət göstərib xidmət edə bilərik?
  36. Niyə İsa təkidlə və səylə dua etməyimizi tələb edir?
  37. Qızıl qanunun mənası nədən ibarətdir?
  38. Niyə Allaha aparan qapı dar və yol enlidir?
  39. Yalançı kimdir?
  40. Cənnətə kim daxil olacaq?
  41. Həyat üçün möhkəm təməl nədir?
  42. Niyə Matta Müjdəsində cüzamlının şəfa tapması əhvalatı Məsihin ilk möcüzəsi olaraq nəql edilmişdir?
  43. Niyə yüzbaşının imanı böyük idi?
  44. Peterin qayınanasının şəfa tapmasından nə öyrənirik?
  45. İsa nə dərəcədə yoxsul və əlindəki ilə kifayətlənən insan idi?
  46. Niyə İsa cavan oğlanın atasının dəfn mərasiminə getməyinə izin vermədi?
  47. İsa şagirdlərini təhlükə zamanında nəyə görə məzəmmətlədi?
  48. Tiberiya gölünün o biri tayında cinə tutulmuş iki adamın azad olması əhvalatından nə öyrənmisən?
  49. İsa iflic olan adamın günahlarını necə bağışladı?
  50. Məsihin Mattanı dəvət etməsi əhvalatından nə öyrənirik?
  51. “Sağdışı və soldışı” kimlərdir?
  52. Niyə Müjdənin yeni şərabını Qanunun köhnə tuluqlarına doldurmaq olmaz?
  53. İsa ölü qızı necə diriltdi?
  54. İki kor adamın şəfa tapmasının sirri nədir?
  55. Lal adamın şəfa tapması nə məna verir?
  56. Allah Ona nə üçün yalvarmağımızı buyurur?
  57. İsanın şagirdlərinə verdiyi səlahiyyətin əsası nədən ibarətdir?
  58. Məsihin şagirdlərinə müjdəçilik xidməti üçün verdiyi ilk beş “açar” haqqında danış.
  59. Allahın sülhünü qəbul edən kimlərdir?
  60. Düşmənlərimiz kimlərdir və İsa bizə onlarla əlaqədar olaraq nə vəd etdi?
  61. Biz təqiblərə necə qalib gəlirik?
  62. Məsihin “şagird müəllimindən üstün deyil” sözü nə deməkdir?
  63. Sədaqətlə Məsihin ardınca getmək nə deməkdir?
  64. Şəhadətin nəticələrindən qorxmamaq üçün nə etməliyik?
  65. Məsihilikdə taleh və qədər nə məna verir?
  66. Nə üçün bizə insanlardan və ölümdən qorxmaq olmaz?
  67. Təzəcə imana gələn adam, İsaya iman etdiyinə görə onu təqib edən ailəsi ilə necə rəftar etməlidir?
  68. Matta Müjdəsində İsa nə münasibətlə ilk dəfə çarmıxdan danışır?
  69. Məsihə iman edənlər ilə Allah arasındakı vəhdət necə gerçəkləşir?
  70. Peyğəmbərlərin, salehlərin, Məsihin ardıcıllarının mükafatı nədir?
  71. Məsihin itmişlərə Müjdəni yaymaq əmrindən nə öyrəndin?

Məsih və Onun Müjdəsi barədə dərindən düşünməyi davam etdirməyini məsləhət görürük. Bu yolla sən əbədi xəzinəni əldə edəcəksən. Biz səndən cavablarını gözləyirik və sənin üçün dua edirik.

Waters of Life
P.O.Box 600 513
70305 Stuttgart
Germany

Internet: www.waters-of-life.net
Internet: www.waters-of-life.org
e-mail: info@waters-of-life.net

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:46 AM | powered by PmWiki (pmwiki-2.3.3)