Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 019 (Worship of the Magi)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
A - İsanın doğulması və uşaqlığı (Matta 1:1 - 2:23)

3. Münəccimlərin səcdə qılması (Matta 2:1-11)


MATTA 2:1-2
1 İsa padşah Hirodun dövründə Yəhudeyanın Bet-Lexem şəhərində anadan olduqda müdrik adamlar şərqdən Yerusəlimə gəlib 2 dedilər: «Yəhudilərin anadan olmuş Padşahı haradadır? Şərqdə Onun ulduzunu gördük və Ona səcdə qılmağa gəldik».
(Həmçinin bax: Luka 2:1-7; Say. 24:17)

Rəbb İsanın təvazökarlığının bir əlaməti bu idi ki, O, izdihamların alqışları ilə dünyaya gəlmədi. O, "bütün millətlərin Arzusu" olmasına baxmayaraq, doğulduğu zaman millətlərin bundan xəbəri olmadı. Bu olayda görürük ki, Allahın Oğlu dünyaya gələndə, Özünü heç etdi. İlahi Padşahdan təbii olaraq gözlənilir ki, O, xalqın Onu alqışlarla, izzət və şərəflə qarşılaşması üçün tədbir görəcək; bütün dünya padşahları öz taclarını, padşahlıq əsalarını Onun ayaqları altına atacaqlar və Ona qulluq edəcəklər. Yəhudilər belə Məsihi gözləyirdilər. Amma belə olmadı, əksinə, yazılıb ki, Məsih dünyaya gəldiyi zaman, «dünya Onu tanımadı. Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi» (Yəh. 1:9-11).

Yəhudilərin b.e.ə. 587-ci ildə İkiçayarasına sürgün edilməsindən sonra vahid Allah haqqında bilik və bütün dünyada sülh yaradacaq Davud Oğlu barədə peyğəmbərlik Şərq xalqlarına çatmışdı. Şərq xalqları, Navuxodonosorun sarayında xidmət edən və ölkənin taleyində mühüm rol oynayan vergili Daniel peyğəmbəri unutmamışdılar.

Ola bilsin ki, bəzi yəhudilər Babilin yaxınlığında bir astronomiya məktəbində xaldeylərdən kainatın sirlərini öyrənirdilər. Onlar Saturnun Yupiterə yaxınlaşmağa başladığını müşahidə etdilər. B.e.ə. 7-ci ilin 29 mayında bu iki planet Balıqlar bürcündə yekə vahid bir planet kimi birləşdilər. Bu astronomlar Balıqlar bürcünü Aralıq dənizi ölkəsinin rəmzi, Saturnu yəhudilərin himayəsi rəmzi, Yupiteri də padşahların ulduzu olaraq qəbul etdikləri üçün, bu əlamətin yəhudilərin Padşahı, aləmlərin Rəbbi Məsihin doğulduğunu bilməsinə əmin idilər.

Münəccimlər yəhudilərin padşahının axtarışında Şərqdən Yerusəlimə qədər gəldilər. Onlar deyə bilərdilər ki, belə padşah doğulsa, onun xəbəri tezliklə bizim ölkəmizə də gəlib çatacaq, o zaman ona səcdə etmək fürsətimiz olacaq. Lakin onlar Məsihi görməyə səbir edə bilmirdilər və bu məqsədlə uzun və çətin yola çıxmağa hazır idilər.

Biz bu münəccimlərdən öyrənirik ki, Məsihi tanımağa həqiqətən də can atanlar Onu tapa bilirlər, heç bir çətinlik qarşısında dayanmazlar, lakin Onu tanımaq üçün hər cür təhlükəyə atılmağa hazır olarlar. Biz durmadan Rəbbi tanımağa can atsaq, mütləq Onu tapacağıq və tanıyacağıq.

Yəhudi astronomlar bu iki günəş sistemimizdə ən böyük olan bu iki planetin o ildə son iki dəfə birləşərək vahid bir parlaq ulduz kimi görünəcəyini bildilər. Onlar bu unikal hadisədən çox danışdılar və astronomiya məktəbindən bir dəstə alimi Yerusəlimə göndərmək qərarına gəldilər. Onlar ulduzların ikinci dəfə birləşdiyi b.e.ə. 7-ci ilin 3 oktyabr tarixində orada olacaqdılar və 3 dekabr tarixində ulduzların üçüncü birləşməsinə qədər orada qalacaqdılar; bu vaxt onlar yəhudilərin yeni padşahının harada və necə doğulmasını araşdırmalı idilər. Qızmar yay mövsümündə səyahət etməkdən qorxmayan münəccimlər Fəratı keçərək Suriyəyə gəldilər, Oront və Litani çayları boyunca getdilər, sonra cənuba dönüb İordana tərəf yönəldilər. Oradan Yerusəlimin tac kimi ucaldığı Yəhudiyə səhrasına gəldilər. Onlar dünyanı dəyişdirəcək olan padşahı görmək həvəsi ilə yol gedirdilər.

Münəccimlər “Burada Padşah doğulubmu?” deyə soruşmurdular, çünki buna tam əmin idilər. Ölkələrindən ayrılmazdan əvvəl bu fikrə artıq tam inanmışdılar. Buna görə belə sual verdilər: «Yəhudilərin anadan olmuş Padşahı haradadır?»

Öz suallarına dərhal cavab alacaqlarından heç şübhələri yox idi, çünki onlar elə bilirdilər ki, Yerusəlimin bütün əhalisi bu yeni doğulan Padşahın qarşısında sədcə qılır. Amma onlar qapı-qapı gəzib hamıdan soruşsalar da, heç kim onlara cavab verə bilmirdi. Dünyada və bəzi imanlılar cəmiyyətlərində də buna bənzər inanılmaz cəhalət hökm sürür. Bizə Məsihi tanıtmalı olan bir çox insanlar özləri Məsihi tanımırlar.

Mələklər yəhudi çobanlara Məsihin doğulması barədə xəbər verdi, bütpərəst filosoflara isə ulduz bunu bildirdi. Allah hər insan qrupuna onların öz dillərində və adət etdikləri tərzdə xitab edir.

DUA: Ey qadir Allah, ulduzların, günəşlərin Rəbbi olduğuna görə Sənə şükür edirik! Yaratdığın aləmlər Sənə tabe olur. Sən bütpərəstlərə röya və görüntülər vasitəsilə danışırsan, bizə isə bəşər olmuş Kəlamın vasitəsilə Öz iradəni açırsan. Münəccimlər Sənin Oğlunun hüzuruna gəlmək üçün əziyyətlərdən qorxmadıqları kimi, bizə də belə bir arzu ver ki, Sənin Oğlunu görməyə can ataq!

SUAL:

  1. O zəmanədə Saturn ilə Yupiter ilk dəfə nə vaxt birləşdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:23 AM | powered by PmWiki (pmwiki-2.3.3)