Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- The Ten Commandments -- 11 Ninth Commandment: Do Not Bear False Witness Against Your Neighbor

Previous Lesson -- Next Lesson

ON ƏMR - ADAMIN YIXILMASININ QARŞISINI ALAN İLAHİ SƏDD

11 - DOQQUZUNCU ƏMR: YALANDAN ŞAHİDLİK ETMƏ



ÇIX. 20:16
"Heç kimə qarşı yalandan şahidlik etmə".


11.1 - Dilin qüvvəti

Dil kiçik bir orqandır, amma böyük qüvvəsi vardır. Bəzən dil puldan və bahalı dərmandan da güclü təsir edir. Ağızdan çıxan söz meşədə yanğın törədən kirbitə bənzər ola bilər. Yaxşı söz isə böyük gəmini sakit və təhlükəsiz körfəzə yönəldən kiçik sükan kimidir. Biz dilimizlə yalan danışıb küfr edə bilərik və eləcə də həqiqəti danışıb, Allaha həmd edə bilərik və zəifləri ruhlandıra bilərik. Niyə? Yaqubun Məktubu 3-cü fəsildə bizi tövbəyə yönəldən üç misal gətirilir. Biz dilimizlə danışdıqlarımızı Allahın Kəlamına görə mühakimə etməliyik, çünki insanın dediyi hər pis söz onun pis ürəyini ifşa edir. Yaxşı söz isə adamın ürəyində Müqəddəs Ruhun yaşadığını göstərir.


11.2 - Təqdis edilmənin zərurəti

Xilaskar İsaya ehtiyacımız var. O bizi Müqəddəs Ruhu ilə doldurub, murdar dilimizi paklayır, zehnimizi təzələyir. Yeşaya Müqəddəs Üçlükdə vahid Olanın kahini, Allahdan qorxan peyğəmbər olduğu halda müqəddəs Allahın hüzurunda dəhşətdən əsirdi. Rəbbin hüzuruna gəldiyi zaman o belə nida etdi: "Vay halıma, həlak oldum! Çünki ağzı murdar bir adamam, həm də murdar ağızlı adamlar arasında yaşayıram. Buna baxmayaraq, qarşımda Padşahı – Ordular Rəbbini gözlərimlə gördüm. Seraflardan biri mənə tərəf uçdu, əlində də maşa ilə qurbangahdan götürdüyü yanar kömür var idi. O, kömürlə dodaqlarıma toxunaraq dedi: “Budur, bu kömür dodaqlarına dəydi, pisliyin silindi, günahın bağışlandı”" (Yeş. 6:5-7).

İnsan öz ürəyindəki şəri və yalanı, özünün acınacaqlı vəziyyətini yalnız Allahın hüzuruna gəldiyi anda anlayır. O anda insan dərk edir ki, Allah bizim əsil meyarımızdır. Onun İlahi nurunda nə qədər murdar, yalançı və pozğun olduğumuzu açıq-aşkar görə bilərik. İnsan, yaşayan müqəddəs Allahla üz-üzə gəlməsə, ciddi həyat sürməz. Günahkarın bu halı yalnız Allaha yaxınlaşdıqca dəyişilə bilər. Həvari Paul Rəbbin qüdrətini görəndə İsanın önündə baş əyib dedi: "Ya Rəbb, məndən uzaqlaş, axı mən günahkar bir adamam" (Luk. 5:8). O bilirdi ki, İsa ona məhəbbətlə baxır, ürəyini görür və günahkarlığını bilir. Rəbbimiz İsa Peterin Onu inkar edəcəyini öncədən bilsə də, Peteri balıq əvəzinə adam tutan "balıqçı" olaraq təyin etmişdir.

İsa həqiqətin mücəssiməsidir. Onun Ruhu həqiqət Ruhudur (Yəh. 14:17). Bizim hər yalanımız, qeybətimiz, boş sözlərimiz həqiqət Ruhunu kədərləndirir. Allah yalan danışmaz. O pakdır, Onun Kəlamı həqiqətdir və dediyi həmişə düz olur. O bizi həqiqətdə təzələmək, həqiqəti danışan adamlar etmək istəyir. Allah, məhəbbətlə həqiqəti danışmamızda təkid edir və bizə əsil məhəbbətdə yaşamağı öyrədir. Həqiqəti adamın üzünə soyuq və rəhmsiz surətdə də danışmaq olar. Bu cür danışan insan qatil kimi başqasını sözlə öldürür! Lakin yaltaqlıq edən, xoş təbəssümlə həqiqəti gizlədən də məhəbbət göstərmir, adamı aldadır. Adamın üzünə xoş sözlər deyən, onu tərifləyən çox vaxt onun dalınca pis şeylər danışar. Beləliklə, həqiqətsiz məhəbbət yalan olduğu kimi, məhəbbətsiz həqiqət də qətldir.


11.3 - Hər növ yalanın mənbəyi

Üçlükdә vahid olan Allah hәqiqәtin özüdür. Şeytan isә yalançı vә hәr cür yalanın atasıdır. O, başlanğıcdan bәri qatildir. İsa onu hiylәgәr vә bu dünyanın rәisi adlandırır. Hәr cür yalan, hәqiqәtә oxşasa belә, şeytandan qaynaqlanır.

Hiylәgәr, Hәvvanı aldatdı. Verdiyi sualla hәqiqәti tәhrif edәrәk Hәvvanın ürәyinә Allahdan şübhә saldı. Şeytan Hәvvanın Yaradanına etibarını sarsıtdı. Hәvvanın ürәyindә әmәlә gәlən qürur, ehtiras vә itaәtsizlik әsil üsyankarlığa çevrildi.

İsa vәftiz olandan dәrhal sonra Müqәddәs Ruh Onu şeytan tәrәfindәn sınanması üçün sәhraya apardı. İsa qırx gün oruc tutub dua etdi, Ona yalanlarıyla yaxınlaşan şeytana qarşı durdu. Şeytan İsaya "Әgәr Sәn Allahın Oğlusansa..." deyirdi. O "Sәn Allahın Oğlusan" desәydi, hәqiqәti deyәrdi. Lakin O, İsanın ürәyinә hәqiqәt barәdә şübhә salırdı, İsanın Allahın Oğlu, Allahın İsanın Atası olduğundan şübhәlәnmәsini istәyirdi. Hiylәgәr İsanı Atadan uzaqlaşdırmağa vә Öz mәqsәdlәri üçün işlәtmәyә cəhd etdi, ancaq İsa şeytana Öz sözlәriylә cavab vermәdi, hiylәgәrlә mübahisә etmәyә başlamadı. İsa hәr zaman "Yazılıb!" deyә cavab verirdi. İsa Allahın yazılmış kәlamını elan edirdi vә bu kәlam iblisin bütün tәlәlәrini mәhv edirdi. Yalanın atasını yalnız Müqәddәs Kitab vasitәsilә mәğlub etmәk olar.

Qәribәdir ki, şeytan Müqәddәs Kitabı yaxşı bilir vә öz mәqsәdlәri üçün istifadә edir. O, İsanın etirazına Müqәddәs Kitabdan bir sitat gәtirdi. Ancaq sitatı yersiz gәtirdi, əsil məqsədi İsanı qürura cəlb etmək və Atasının sadiqliyini sınamağa mәcbur etmәk idi. O zaman İsa iblisə belə dedi: "Yazılmışdır: Rәbb Allahını sınama". Belәliklә, iblisin yalançı niyyәtlәri İlahi hәqiqәtin nurunda aşkara çıxdı. Allahın Oğlu ilә şeytan arasındakı bu mübahisәdә şeytanın hәmişә yalan danışdığı bәlli olur. Onun yalanında bir az hәqiqәt olsa belә, axırda sözlәri insanları yoldan azdırır, Allaha vә Allahın Oğluna qarşı üsyan etmәsiylә nәticәlәnir. Mәsihdәn sonra meydana gәlәn fәlsәfәlәri vә dinlәri araşdır vә onların içindә bir az hәqiqәt olmasına baxmayaraq, әslindә nә qәdәr aldadıcı olduğunu görәrsәn. Bu gün iblis eynilә belә edir: Allaha iman edәnlәri vә hәqiqәti axtaranları yoldan çıxarıb Müqәddәs Kitabın tәhrif olunduğuna, lәğv edildiğinә, insanlar tәrәfindәn yazıldığına v. s.-yә inandırır. Qoyma, şeytan sәnin ürәyinә bu kimi yalanları pıçıldasın. İsa kimi "Yazılıb..." deyib ona qarşı dur!


11.4 - Ən böyük yalan

Müxtәlif dünya görüşlәri, ideologiyalar tәkcә yalandan ibarәt deyil; onlarda adamı cәlb edәn hәqiqәt dә var, cәmiyyәtə faydalı gələn qanunlar da var. Lakin bu dünya görüşlәrinin ümumi istiqamәti düz deyil. Çox qәribәdir ki, dünyada әn böyük yalanlar qismi hәqiqәt әsasında qurulmuşdur. İslam bir kәnardan baxanda әsil "Allahın dini" olaraq görünә bilәr, çünki müsәlman inanclarının çoxu şifahi әnәnә vasitәsilә ötürülmüş və yanlış şәkildә qәbul olunmuş Әhdi-Әtiq vә Әhdi-Cәdid tәlimlәrinә әsaslanır. Bununla belә, müsәlmanlar Allahın Oğlunun çarmıxa çәkilmәsini qәtiyyәn inkar edirlər. Onlar hәlak yolunda olduqlarını bilmirlәr, çünki çarmıxa çәkilmiş İsa Mәsihsiz Allahın adil hökmündәn xilas ola bilmәzlәr. Kommunizm vә digәr ideologiyalar hәmçinin böyük yalana bir az tәhrif olunmuş hәqiqәti qatırlar vә nәticәdә adamı Allahı inkar etmәyә gәtirirlәr.

Bәzi liberal ilahiyyatçılar vә tәriqәtlәr ayrı-ayrı Müqәddәs Kitab ayәlәrini yersiz sitat gәtirәrәk adam aldadırlar, İsanı hәqiqi hәyat mәnbәyi olaraq qәbul etmәk istәmirlәr. İsadan başqa Ataya aparan yol yoxdur! Heç kәs İsasız Atanın yanına gәlә bilmәz. Lakin İsa, әzәli hәqiqәt olmasına baxmayaraq, vәdlәrini yerinә yetirmәk üçün çarmıxa çәkilib ölmәliydi. İzzәtli Allahın önündә biz hamımız yalançı çıxırıq, yalnız İsaya iman edәnlәr dәyişilәrәk әdalәt vә hәqiqәtlә yaşayırlar vә yalanın, qaranlığın hökmranlığından azad olurlar.

Radioda, televiziyada, qәzetlәrdә, bayramlarda axan böyük vә kiçik, mürәkkәb vә sadә yalan axınını saxlamağa gücümüz çatmaz. Bu yalan, kütlәlәri idarә etmәk üçün istifadә edilir. Siyasәtçilәrin çoxu rәqib siyasәtçilәri pislәyir, öz partiyalarını isә bütün problemlәrin hәlli üçün yeganә doğru yol olaraq göstәrirlәr. Onlar özlәrinin kiçik nailiyyәtlәrini şişirdir, böyük nöqsanlarını isә gizlәdirlәr. Tәhrif olunmuş hәqiqәtdәn düşmәni mәğlub etmәk üçün istifadә olunur, xәbәrlәrin manipulyasiyası isә nifrәti meydana gәtirir.


11.5 - Gündən-günə danışılan yalanlar

Tәkcә siyasәtçilәrin nitqlәri deyil, bizim gündәlik hәyatımız da yalanla doludur. Hәqiqәt tәhrif olunmuş şәkildә tәqdim olunur, insanlar söhbәtlәrindә tez-tez başqasını pislәyirlәr. Lakin pislәdiklәri adam birdәn onların yanına gәlәndә ikiüzlü tәbәssümlә mövzunu dәyişirlәr; biz hamımız kiçik yaşımızdan bәri belә edirik. Ola bilsin ki, siz açıq-aşkar yalan danışmaqdan çәkinmisiniz, amma kimisә alçaltmısınız yaxud biabır etmisiniz; bütün bunlar "yalanın atası"nın işlәridir. Biz sidq ürәkdәn tövbә etmәliyik vә yanımızda olmayan insanlardan danışanda, onların yanımızda olduqlarını tәsәvvürümüzə gətirmәliyik. "Faydalı" yalan yoxdur! Hәqiqәt yarımçıq ola bilmәz! Yarımçıq hәqiqәt yalandan heç fәrqlәnməz. Biz pislәdiyimiz adamla görüşüb mәsәlәdәn әtraflı söhbәt edә bilәrik vә qeybәtә bu cür son qoya bilәrik. Hamıya qoşulub adamı pislәmәmәliyik, lakin onu daha da müdafiә etmәliyik. Doqquzuncu Әmr bizi öyrәdir ki, axına qarşı üzәn balıq kimi yalanın axınına qarşı duraq. Hәrdәnbir biz elә vәziyyәtә düşürük ki, müәyyәn bir sual haqqında fikrimizi söylәmәliyik, lakin biabır olmaq istәmirik, yaxud yanımızda olmayan adamdan danışmaq istәmirik. Belә bir vәziyyәtdә biz tez-tez hәqiqәtdәn uzaqlaşırıq vә cavabdan boyun qaçırmaq üçün mәnasız şeylәr danışırıq. Bәzi adamlar bir an içindә min cür bәhanәlәr tapmağı bacarırlar.

Yalan cәmiyyәti zәhәrlәyәr, insanlara bir-birinә inanmamağı öyrәdәr; çoxları adamın hәr sözündә hәmişә gizli mәnalar tapar, dediklәrinin әksini nәzәrdә tutduqlarını düşünәr. Aralarında qarşılıqlı anlayış olmayan insanlar tәnha olar. Hәmsöhbәtlәr arasında sanki qalın bir şüşә vardır. Yalan insanlar arasına nifaq salar, baş ağrısı gәtirәr. Biz İsadan qüvvәt alıb, öz yalan vә şәrimizi etiraf etmәyә cәsarәt tapmalıyıq. Yalanımızla incitdiyimiz hәr kәsdәn üzr istәmәliyik. Onda rahatlığa, әmin-amanlığa nail olarıq vә qürurumuz əzilər!


11.6 - Kim öz qardaşını həqiqətən başa düşər?

Allah qardaşımızı vә ya bacımızı sevərək başa düşdüyü kimi, bizim də onları eynilә bu cür başa düşdüyümüzü yəqin etməliyik. İsa başqa insanlara qarşı bütün hökmlәrimizi qınayır və mәhkum edir. O bizә xәbәrdarlıq etmişdir: "Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız. Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək. Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən: “Qoy gözündəki çöpü çıxarım!” Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar" (Mat. 7:1-5).

Mәsihin Dağüstü Vәzindә yer alan bu әmrinin mәnasını heç olmasa bir az anlayan adam susacaq vә kimisә pislәmәkdənsə öz-özünü mühakimә edәcәk. Bәlkә qardaşımız hәqiqәtәn dә bir xәtaya yol verib vә bu xәta gözündәki çöpә bәnzәyir, amma biz öz gözümüzdә çoxlu tirlәri görә bilmirik! İsa hәr birimizә göstərə bilər ki, daxilimizdә nә qәdәr nifrәt, pis fikirlәr, paxıllıq, tamahkarlıq, yalan, ikiüzlülük, valideynlәrimizә vә Rәbbin gününә qarşı hörmәtsizlik var! Müqәddәs Ruhun idarәsiylә özünü inkar edәn adam başqalarının önündә lovğalanmaz, onları aşağılamaz, lakin Allahla yaşamalarına necә kömәk etmәyi düşünәr.

Biz başqa adamın dәrdini tam kamil şәkildә bilmәdiyimiz üçün, heç kimin barәsindә әdalәtlә mühakimә yeridә bilmərik. Biz onların yerindә olsaydıq, nә edәcәkdik? Yaxud onlar bizim kimi Allahın xeyir-duasını, möcüzәli işlәrini görsәydilәr, necә olacaqdılar? Allah bizә qonşumuzu özümüz kimi sevmәyi әmr edir vә belәcә qardaşımızı pislәmәmәk üçün son dәrәcә ehtiyatlı olmağın vacibliyini öyrәdir. Әksinә, qardaşımızı sevmәliyik.

Bununla bağlı olaraq, şahidlik andı bir az çәtin iş kimi görünür: hadisәni hәqiqәtәn olduğu kimi gördüyünә vә hәr şeyi düzgün başa düşdüyünә kim әmin ola biliər? Әlbәttә, biz Allah kimi hәr şeyi mükәmmәl görә bilmәrik. Әgәr biz qardaşımızı mühakimә ediriksә, mühakimәmizdə mütlәq bir nöqsan olar. Bunu dәrk etsәk, insanlar haqqında tәlәsik mühakimәlәr yürütmәrik, lakin onları başa düşmәk üçün uzun müddәt onlara görә dua edib düşünәrik. Kaş Allah bizә hәr adama düzgün baxmağı öyrәdә! Kaş biz hәr kәsә polis kimi yox, ana kimi baxaq!


11.7 - Həqiqəti necə danışmalıyıq?

Lakin biz mәhdud gücümüzlә nә edә bilәrik, hәqiqәti necә öyrәnә bilәrik? Yalanı bir zәrurәt, hәqiqәti isә bir zәrәr sayırıqmı? Heç vәchlә saymırıq! Biz hansısa bir hadisәnin şahidi olmuşuqsa, imkan dairәsindә yalnız hәqiqәti demәliyik. Allahdan müdriklik istәmәliyik ki, qardaşımız yaxud bacımız ilə haqsız rәftar etmәyәk. İmanlılar tәqib ediləndə faktları düzgün söylәmәk üçün xüsusi lütfә ehtiyacları var. Başqa imanlıları tәhlükәli vәziyyәtә salmamaq üçün Müqәddәs Ruhdan doğru istiqamәt almalıyıq. Biz hәmişә hәqiqәti danışmalıyıq, ancaq başqa adamlara görә hәr zaman bütün hәqiqәti açıb demәmәliyik. İsaya iman etmәyәnlәr yalan danışdığımızı düşünә bilәr, çünki hәqiqәt Ruhunu tanımırlar. Onlar tәsәvvür edә bilmәzlәr ki, Müqәddәs Ruh bizi hәr zaman hәqiqәti danışmağa vadar edir.

Müqәddәs Kitab bizә gündәlik hәyatda, mәktәbdә, cәmiyyәtdә, ailәdә – hәr yerdә vә hәmişә qardaş-bacılarımızda әn yaxşısını görmәyә, onları sәhvlәrinә görә tәnqid etmәmәyә kömәk edir. Biz düşmәnlәrimiz haqqında belә yaxşı şeylәr düşünmәliyik, lakin yalan danışmamalıyıq. Həvari Paul korinflilәrә belә yazırdı: "Məhəbbət... kobudluq etməz, öz xeyrini güdməz, hirslənməz, ona edilən pislikləri sayıb-hesablamaz. Məhəbbət haqsızlığa sevinməz, həqiqətə isə şadlanar. O hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə dözər. Məhəbbət əsla tükənməz" (1Kor. 13:4-8).

Әgәr biz mәhәbbәt ruhunda yaşayırıqsa, günahkarları әsla mühakimә etmәrik. Әksinә, onları anlamak üçün, mәhәbbәt vә hәlimlik ruhunda qüvvәtlәnmәlərinə yardım etmәk üçün әlimizdәn gәlәni edәcәyik. Həvari Paul mәsihi xidmәtindә yetkinliyə çatan Efesdәki imanlıları öyrәdirdi: "Buna görə yalanı kənara atın, hər biriniz öz qonşunuza həqiqəti söyləyin, çünki hamımız eyni bədənin üzvləriyik" (Ef. 4:25). Biz hәmişә hәqiqәti öyrәnmәk vә hәqiqәti danışmaq istәyirik. Müqәddәs Ruhda nә qәdәr yetkin olsaq, şeytan bizi hәmişә yoldan çıxartmağa çalışacaq ki, biz yalan danışaq vә bizdәn fәrqli düşünәnlәri pislәyәk. Mәsih sınağa çәkildiyi kimi, biz dә sınağa çәkilәcәyik. Buna görә həvari Paul Efeslilәrә Mәktubunda belә yazırdı: "Nəhayət, Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin. İblisin hiylələrinə qarşı dura bilmək üçün Allahın verdiyi bütün zireh və silahlara bürünün. Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qarşıdır" (Ef. 6:10-12).

Mәhәbbәt hәvarisi Yәhya insanın hәyatındakı yalanın mənbəyini aşkara çıxardı: "Bəs yalançı kimdir? İsanın Məsih olduğunu inkar edən şəxs! O, Atanı və Oğulu inkar edən Məsih əleyhdarıdır" (1Yәh. 2:22-23). "Allahın Oğluna iman edən kəs öz daxilində bu şəhadətə malikdir. Amma Allaha inanmayan Onu yalançı yerinə qoyub. Çünki Allahın Öz Oğlu barədə verdiyi şəhadətə inanmayıb" (1Yәh. 5:10). Sәn Üçlükdә vahid olan Allah barәsindә hәqiqәtә iman edirsәnsә, Allah sәnin hәyatının mәrkәzi olubsa, sәn gündәlik hәyatında da hökmәn düzgün vә dürüst olacaqsan.


11.8 - Qurandakı Allahın hiyləsi!

Hәqiqәt anlayışı islam üçün yaddır. Ali İmran surəsində belə yazılıb: "Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır". Bu ayә yәhudilәrin İsanı öldürmәk üçün hiylә qurduqlarından bәhs edir. Lakin Allah, müsәlman anlayışına görә, onlardan da yaxşı hiylә quraraq İsanı çarmıxda әzab çәkmәkdәn xilas etdi vә diri olaraq göylәrә apardı. Yәni Allah İsanın çarmıxa çәkilmәsinә yol vermәdi, amma böyük bir hiylәylә Onu Öz yanına götürdü. Әslindә bu hekayә konkret zamanda vә konkret mәkanda baş vermiş tarixi hadisәni inkar edir. Belә olubsa, onda elә çıxır ki, Allah çarmıxda hәqiqәti sevәn olmadığını, әksinә, hiylə quranların ən yaxşısı olduğunu göstәrdi. Hәqiqәtin әsası olan çarmıx islamdakı Allahın əsil sifətini ifşa edir. İnsanların xilas olub әbәdi hәyata malik olmamasını arzulayan vә İsanın çarmıxdakı ölümünü inkar edәn yalnız bir şәxs vardır, o da iblisdir.

Quranda Allah "xeyr әl-mәkirin" – hiylə quranların ən yaxşısı olaraq göstәrilibsә, təəccüblü deyil ki, Quranın yolunu tutanlar da hiylәyә müsbәt baxırlar. Arzu olunan nәticәni әldә etmәk vә xüsusilә dә islam dinini yaymaq üçün hiylә işlәtmәk islama görə qanunidir, yaxşı işdir. Mәhәmmәd yalanın dörd halda qanuni olduğunu öyrәtmişdir: islam yolunda cihadda; iki dostun barışması üçün; әr arvadı aldatdıqda; arvad әri aldatdıqda. İslamda nә düşmәnә, nә dosta inanmaq olmaz. Heç kәs heç kәsә inanmaz, çünki müsәlmanlar arasında etibar yoxdur.


11.9 - Dünyanın yalanı və Allahın düzgünlüyü

Әgәr sәn sәnin uğrunda çarmıxa çәkilmiş vә ölümdәn dirilmiş İsanı qәbul etmirsәnsә, Hәqiqәt Ruhu sәnin daxilindә yaşamaz. Hәyatın başdan-başa yalan olar, sәn İsanın çarmıxını rәdd etdiyinә görә özünü ölümә mәhkum edәrsәn. İsa bizi satın almaq üçün çarmıxda Öz qanını axıtdı; O, günahkarların günahları üçün Baş Kahin, tövbә edәn yalançılar üçün Vәsatәtçi oldu. Ölümdәn dirilәn İsa duada Atanın vәdini ümidlә gözlәyәnlәrin üzәrinә Hәqiqәt Ruhunu tökdü. Müqәddәs Ruh onlara alov dillәri ilә zühur etdi. Bu, İsanın Öz şagirdlәrindәn nә istәdiyini göstәrir. Onlar yalançı dillәrini alovla yandırıb әzәli hәqiqәti yaymaq üçün yeni, ruhani dillәri qәbul etmәliydilәr. Әzәli hәqiqәt nәdir? Ata Allah, Rәbb vә Xilaskarımız Mәsih və daxilimizdә yaşayan Müqәddәs Ruhdur. Üçlükdә vahid olan Allah әzәldәn Var olan gerçәklikdir vә Hәqiqәt Ruhu Mәsihin ardıcılları vasitәsilә bu gerçәkliyi elan edir. Bizә Allahın hәqiqәtini mәhәbbәtlә yaymaq, bütün insanlar uğrunda çarmıxda tamamladığı xilası elan etmәk şәrәfi verilmişdir!

Bizә görә dua edәn vә bizә mәhәbbәtlә hәqiqәti danışan dostumuz varsa, nə bәxtiyarıq! Belә dost, bizi hәmişә tәriflәyәn minlәrlә dostdan yaxşıdır. Buna görә biz İsadan dua edib rica etmәliyik ki, insanlara mәhәbbәtlә hәqiqәti danışmamız üçün bizә kömәk etsin. İsa belә buyurmuşdur: "Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır" (Mat. 5:37). Biz İsadan istәmәliyik ki, O bizә dürüst olmağı vә hәr zaman mәhәbbәtlә hәqiqәti söylәmәyi öyrәtsin.

www.Waters-of-Life.net

Page last modified on August 01, 2017, at 05:29 PM | powered by PmWiki (pmwiki-2.2.109)